Baltikyanı ölkələr enerji sistemlərini Rusiyadan ayıraraq Avropaya qoşublar
president.lv
Fevralın 9-da Baltikyanı ölkələr Avropanın vahid enerji sisteminə qoşulub.
Bu, bir gün əvvəl Litva, Latviya və Estoniyanın Rusiya və Belarusun enerji sistemindən ayrılmasından sonra baş verib (VOA).
Litvanın paytaxtı Vilnüsdə Latviya, Litva və Estoniya prezidentləri, həmçinin Polşa prezidenti Anjey Duda və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilib ki, Baltikyanı ölkələr əvvəllər Rusiya sistemlərinə arxalansalar da, indi 400 milyondan çox istehlakçı olan Avropa şəbəkəsinə qoşulub.
Avropa Komissiyasının sədri Ursula von der Leyen qeyd edib ki, bununla da Baltikyanı ölkələr "düşmən qonşuların" təhdid və şantajından xilas olublar.
Polşa prezidenti Anjey Duda da öz növbəsində qeyd edib ki, ölkəsi “Baltikyanı ölkələrlə Avropanın qalan hissəsi arasında körpüdür” və üç ölkənin vahid enerji sisteminə qoşulması Polşanın da təhlükəsizliyini gücləndirir. Baltikyanı ölkələr məhz Litva-Polşa əlaqələri vasitəsilə Avropanın enerji sisteminə qoşulur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Anthony Anex / dpa
açıq mənbədən götürülüb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”