Dünya

Kobaxidze: Gürcüstanla Avropa İttifaqı arasındakı gərginliyin səbəbi Avropadır

7 Fevral, 2025
276

açıq mənbədən götürülüb

Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına daxil olması mümkündür.

Bunu, baş nazir İrakli Kobaxidze “Euronews” telekanalına müsahibəsində deyib.

Kobaxidze assosiasiyanın yeni üzvlərə yanaşmada daha çox çevikliyə ehtiyac duyduğunu bildirib:

“Biz bu məqsədə doğru davamlı şəkildə irəliləyəcəyik və ümid edirik ki, növbəti illərdə Gürcüstana münasibət daha ədalətli olacaq”, - baş nazir bildirib.

O, həmçinin Gürcüstanın Avropa bürokratiyası ilə kifayət qədər ciddi problemləri olduğunu da qeyd edib.

İrakli Kobaxidzenin sözlərinə görə, bu gün Gürcüstanla Avropa İttifaqı arasında sağlam münasibətlərin olmamasının səbəbkarı Gürcüstan deyil, Avropadır.

Aİ Gürcüstana 2023-cü ilin dekabrında namizəd statusu verib. Lakin qurum Rusiyadan təsirlənən və avtoritar olaraq gördüyü “xarici agent” qanununu qəbul etdikdən sonra Gürcüstanın üzvlük prosesini faktiki olaraq qeyri-müəyyən müddətə dondurub və maliyyə dəstəyini kəsib.

Fevralın 6-da hakim “Gürcü Arzusu” partiyasının üzvlərindən ibarət parlament etiraz aksiyalarına məhdudiyyətlər qoyan qanunvericilik paketini üçüncü oxunuşda qəbul edib.

Kortəbii toplantılar konsepsiyasını tənzimləməli olan və onların keçirilməsinə çoxsaylı məhdudiyyətlər qoyan yeni qanuna iki gün ərzində Gürcüstan parlamenti müxalifətsiz baxıb və təsdiqlənib.

Eyni zamanda, qanunlar “sahibinin əvvəlcədən yazılı razılığı” olmadan qapalı yerlərdə yığıncaq və nümayişlərin keçirilməsini qadağan edir, binaların, magistralların, körpülərin, tunellərin, yol ötürücülərinin, nəqliyyat qovşaqlarının və dəmir yollarının girişlərinin bağlanmasını qadağan edir.

Həmçinin Gürcüstanda etiraz aksiyaları zamanı pozuntulara görə cəza ağırılaşdırılr, inzibati həbs müddəti 60 günə qədər artırılacaq, xırda xuliqanlıq və vandalizmə görə cərimələr, həmçinin “siyasi və ya dövlət vəzifəsini tutan şəxsləri təhqir etməyə” görə cəza da artırılacaq.

Gürcüstanda 2024-cü ilin payızından parlament seçkiləri zamanı pozuntular və ölkə hakimiyyətinin Avropa İttifaqına doğru hərəkəti dayandırdığını açıqlaması səbəbindən siyasi böhran davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Müharibə qurbanlarını yad edən ukraynalı idmançı olimpiadadan kənarlaşdırılıb

13 Fevral 2026

Foto: AFP

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil edən idmançı müharibə qurbanlarını yad edən dəbilqə taxdığına görə olimpiadadan kənarlaşdırılıb.  Skeleton yarışçısı Vladislav Heraskeviçin yarışdan kənarlaşdırılması qərarı fevralın 12-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən verilib.  BOK üzərində Rusiyanın işğalçı müharibəsi nəticəsində həyatını itirmiş ukraynalı idmançıların rəsmlərinin əks olunduğu dəbilqəni taxmağı daha öncə qadağan etsə də, Heraskeviç məşqlərə bu dəbilqə ilə çıxmağa davam edirdi.  BOK prezidenti Kirsti Koventri fevralın 12-i səhər saatlarında ukraynalını fikrindən daşındırmaq üçün şəxsən yarışın keçirildiyi yerə gəlib. Lakin Heraskeviç güzəştə getməyib.  İdmançı qərarın açıqlanmasından sonra sosial media hesabında bunu "şərəfli olmağın bədəli" adlandırıb.  "Mən bu yarışda medalçılar arasında ola...
Dünya

Sözçü: "Vens Əliyevlə məhbusların azad edilməsindən danışıb" 

11 Fevral 2026

Foto: EPA

Azərbaycanda rəsmi səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Vensin prezident İlham Əliyevlə görüşdə "məhbusların azad edilməsi" məsələsindən danışdığı bildirilir.  "Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə Vensin sözçüsü məlumat verib.  "Onlar, əsasən, ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə ediblər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və güzəştlərdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil olmaqla, növbəti addımlardan da danışıblar", - sözçü deyib.  Açıqlamada Azərbaycanda həbsdə olan və yenicə hökm oxunmuş ermənilər, yoxsa "siyasi məhbus" kimi tanınan jurnalist və vətəndaş cəmiyyəti üzvlərindən söhbət getdiyi aydın deyil.  Vens fevralın 10-da...

Seçilmiş Videolar

Toplum TV loqo