Dünya

Finlandiya “Naftogaz”ın iddiası əsasında Rusiyanın 3,7 milyon avroluq aktivlərinə həbs qoyub

3 İyun, 2026
44

Depositphotos

Finlandiyanın İcra Xidməti Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın iddiası əsasında Rusiyaya məxsus 3,7 milyon avro dəyərində aktivlərə həbs qoyub. Bu barədə qurumun mətbuat xidməti iyunun 2-də məlumat yayıb.

Məlumata görə, sözügedən vəsait Rusiya tərəfindən bir neçə il əvvəl Avropa İttifaqı ilə sərhədyanı əməkdaşlıq proqramının həyata keçirilməsi məqsədilə köçürülüb. Vəsait Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin hesabına daxil olsa da, layihə sonradan dayandırılıb.

Qərara əsasən, aktivlərə qoyulan həbs xüsusi qərar qəbul edilənədək qüvvədə qalacaq. Bildirilir ki, bu tədbir əmlak sahibinin həmin vəsaiti satmasının və ya başqa şəxslərə ötürməsinin qarşısını alır.

Finlandiya İcra Xidmətinin məlumatına görə, 2024-cü ildən etibarən Rusiyaya məxsus aktivlər üzrə ümumilikdə 40 milyon avrodan çox dəyərində əmlaka həbs qoyulub.

2024-cü ilin oktyabrında da “Naftogaz”ın iddiası əsasında Finlandiya hakimiyyəti Rusiyaya məxsus bir sıra obyektlərə, o cümlədən Rusiya səfirliyinə aid istirahət zonasına həbs qoymuşdu. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həmin qərarlara cavab olaraq bildirmişdi ki, Moskva bu addımları məhkəmə qaydasında mübahisələndirəcək.

2023-cü ilin aprelində beynəlxalq arbitraj məhkəməsi Rusiyanın Krımda “Naftogaz”a vurduğu zərər və itirilmiş əmlaka görə 5 milyard dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib. “Naftogaz” isə bəyan etmişdi ki, Rusiya ödənişi könüllü şəkildə həyata keçirmədiyi təqdirdə, qərar 1958-ci il Nyu-York Konvensiyasına əsasən müxtəlif ölkələrdə məcburi icraya yönəldilə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

“Reuters”: İrandakı müharibədən sonra ABŞ ardıcıl üçüncü aydır neft ixracında liderdir

12 İyun 2026

Açıq mənbə

Səudiyyə Ərəbistanı neftinin ixrac edildiyi Hörmüz boğazının bağlanması və Rusiya neftinə tətbiq edilən sanksiyalar fonunda ABŞ artıq üçüncü aydır ki, dünyada neft məhsulları ixracında lider mövqeyini qoruyub saxlayır. Bu barədə ”Reuters” agentliyi “Vortexa” gəmi izləmə xidmətinin məlumatlarına istinadla yazır. Məlumata əsasən, ABŞ-nin neft və yanacaq ixracı may ayında gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Artım yüksək hasilat və ölkənin strateji neft ehtiyatlarının bazara çıxarılması hesabına baş verib. Eyni dövrdə Rusiyanın ixracı 7 milyon barrel, Səudiyyə Ərəbistanının ixracı isə 5,9 milyon barrel təşkil edib. “Vortexa”-nın 2025-ci il üzrə göstəricilərinə əsasən, həmin il ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı olub və gündəlik...
Dünya

Putin "Rusiyanın maraqlarına zidd" hərəkətlər üçün ölkədən gedənlərin əmlakının müsadirəsinə icazə verdi

11 İyun 2026

ria.ru

Rusiya prezidenti Vladimir Putin “ölkənin maraqlarına qarşı fəaliyyətə” görə ölkəni tərk etmiş rusların  əmlakının müsadirə olunmasına (həbs qoyulmasına) icazə verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək. Bu təşəbbüs xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi İnzibati Xətalar Məcəlləsinin maddələrinin siyahısını genişləndirir. Bu maddələrə “xarici agent” fəaliyyət qaydalarının pozulması, kütləvi informasiya vasitələrinin azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, hakimiyyətə və cəmiyyətə hörmətsizlik, həmçinin nifrətin qızışdırılması daxildir. Siyahıya həmçinin Rusiyanın ərazi bütövlüyünün pozulmasına və sanksiyaların tətbiqinə çağırışlar, Rusiya ordusunun “nüfuzdan salınması” və “nasizmin bəraətləndirilməsi” ilə bağlı maddələr də daxil edilib. Bu maddələr üzrə məsuliyyətə cəlb ediləcək şəxslər...

Seçilmiş Videolar

Toplum TV loqo