Kaya Kallas: “Ermənistan 2026 seçkiləri ərəfəsində Aİ-dən xarici təsirlərə qarşı dəstək istəyib”
Foto: Getty Images
Avropa İttifqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Ermənistan 2026-cı il parlament seçkiləri ərəfəsində zərərli xarici təsirlərə qarşı mübarizə üçün Moldovaya göstərilənə bənzər dəstək istəyib.
Moldova 2025-ci ilin sentyabrında keçirilən seçkilər öncəsi Rusiya mənşəli dezinformasiya fonunda Aİ-dən kibertəhlükəsizlik, qeyri-qanuni maliyyə axınları və xarici informasiya manipulyasiyasına qarşı “hədəfli dəstək” almışdı.
Kallas bu barədə mətbuata açıqlamasında bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan isə bildirib ki, Aİ ilə hibrid təhdidlərə qarşı əməkdaşlıq yeni deyil və tərəfdaşlıq çərçivəsində demokratik və iqtisadi dayanıqlığın gücləndirilməsinə yönələn təşəbbüslər hazırlanır.
Onun sözlərinə görə, seçki proseslərinin demokratik standartlara uyğunluğunu təmin etmək üçün Aİ-nin dəstəyi də nəzərdə tutulur və qərarlar qəbul edildikdən sonra ictimaiyyət məlumatlandırılacaq.
Dekabrın əvvəlində Aİ və Ermənistan yeni strateji gündəliyini imzaladıqdan sonra Kallas hibrid təhdidlərin mənbəyi kimi “Rusiya və onun proksilərini” göstərib və Moldovada istifadə olunan eyni şəbəkələrin Ermənistanda da fəallaşdığını deyib.
XİN rəhbəri Ararat Mirzoyan Aİ Xarici İşlər Şurası çərçivəsində keçirilən görüşdən sonra Ermənistan-Aİ tərəfdaşlığında iqtisadiyyat, dayanıqlıq və təhlükəsizlik, o cümlədən hibrid təhdidlərin müzakirə edildiyini bildirib. Rəsmi Yerevan konkret ölkə adlarını çəkməsə də, son aylarda fakt-yoxlayıcılar Kremlə bağlı, eləcə də Türkiyə və Azərbaycan mənbələrindən dezinformasiyanın artdığını qeydə alıblar.
Bu ilin əvvəlində “Vedomosti” qəzeti Rusiya Prezident Administrasiyasının müavini Sergey Kiriyenkonun 2026 seçkiləri öncəsi Ermənistanda “yumşaq güc” vasitəsilə Rusiya maraqlarını irəli aparmaqla vəzifələndiriləcəyini yazmışdı. Qəzet mənbələri Moskvanın səylərinə baxmayaraq, baş nazir Nikol Paşinyanın yenidən qalib gələcəyini “ehtimal etdiklərini” qeyd ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir: Hər iki tərəfdə itkilər artır
Centcom
Government Press Office
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"