Dünya

Madaqaskar prezidenti etirazlardan sonra ölkəni tərk edib 

14 Oktyabr, 2025
38

Foto: AP

Madaqaskarın prezidenti etirazlar fonunda ölkədən qaçıb. 

Bunu ölkənin müxalifət lideri və rəsmilər oktyabrın 13-də bildirib. 

Bu, son həftələrdə Nepaldan sonra dünya miqyasında “Z nəsli  etirazları"nın ikinci dəfə bir hökuməti devirməsi deməkdir. 

Müxalifətin parlamentdəki lideri Siteni Randrianasoloniaiko “Reuters”ə bildirib ki, prezident Andri Rajuelina oktyabrın 12-də ordunun bəzi qoşunlarının etirazçılara qoşulmasından sonra Madaqaskarı tərk edib.

“Biz prezident administrasiyasının əməkdaşları ilə əlaqə saxladıq və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər”, – Randrianasoloniaiko deyib. 

Müxalifət lideri əlavə edib ki, Rajuelinanın hazırkı yeri məlum deyil.

Oktyabrın 13-ü gecə “Facebook” vasitəsilə xalqa müraciətində Rajuelina "həyatını qorumaq üçün təhlükəsiz bir yerə getməyə məcbur qaldığını" bildirib. O, harada olduğunu açıqlamayıb, lakin qətiyyətli görünərək “Madaqaskarın məhv olmasına icazə verməyəcəyini” deyib.

Hərbi mənbə “Reuters”ə bildirib ki, Rajuelina oktyabrın 12-də Madaqaskardan Fransa hərbi təyyarəsi ilə uçub. Fransız radiosu "RFI" isə onun Fransa prezidenti Emmanuel Makronla razılaşma əldə etdiyini xəbər verib.

Sülh Sammiti üçün Misirdə olan Makron jurnalistlərin sualına cavabında Fransanın Rajuelinanın ölkədən qaçmasına kömək etdiyi barədə məlumatları dərhal təsdiqləyə bilməyəcəyini bildirib. O əlavə edib ki, Madaqaskarda konstitusiyalı nizam qorunmalıdır və Fransa ölkənin gənclərinin narazılıqlarını başa düşsə də, bu narazılıqların hərbi qruplar tərəfindən istismar edilməməsi vacibdir. 

Keçmiş Fransa koloniyası olan Madaqaskarda sentyabrın 25-də su və enerji çatışmazlığı ilə bağlı etirazlar başlayıb, lakin qısa zamanda korrupsiya, pis idarəçilik və əsas xidmətlərin olmaması kimi daha geniş narazılıqlara görə üsyana çevrilib.

Bu qəzəb son dövrlərdə Nepal və Mərakeş də daxil olmaqla bir sıra ölkələrdə hökmran elitalara qarşı baş verən etirazlarla oxşarlıq göstərir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

160 alimdən xəbərdarlıq: Yer kürəsi iqlim fəlakətinin bərpaolunmaz mərhələsinə qədəm qoyub

14 Oktyabr 2025

Foto: açıq mənbə

Planet artıq yeni reallıqla üz-üzədir. Bu, iqlim dəyişikliyində fəlakətli və bərpaolunmaz dönüş nöqtələrinin birincisinə - mərcan riflərinin geniş miqyasda məhv olmasına çatdığı mərhələdir.  Bu, müxtəlif ölkələrdən olan 160 alim tərəfindən hazırlanmış, oktyabrın 12-də dərc olunan mühüm hesabatda qeyd olunur. İnsanlar fosil yanacaqları yandırmaqda və temperatur yüksəlməkdə davam etdikcə, bu, daha şiddətli istilik dalğalarına, daşqınlara, quraqlıqlara və meşə yanğınlarına səbəb olur. Lakin üfüqdə daha böyük təhlükələr görünür.  İqlim dəyişikliyi Amazon meşəsindən tutmuş qütb buz təbəqələrinə qədər Yer kürəsinin əsas sistemlərini tarazlıqdan elə çıxara bilər ki, onlar çökərək planetin hər yerinə fəlakətli zərbələr vura bilər.  “Biz sürətlə Yer sisteminin birdən çox dönüş...
Dünya

Nobel mükafatçısı Paşinyana müxalif hərəkata qoşulub

14 Oktyabr 2025

Foto: açıq mənbədən götürülüb

İqtisadiyyat üzrə Nobel mükafatçısı Daron Acemoğlu Ermənistan baş naziri Nikol Paşinyana müxalif olaraq yaradılmış hərəkata qoşulub.  "Bizim Yol" adlanan, Ermənistanda həbsdə olan milyarder Samvel Karapetyan tərəfindən yaradılan hərəkat Acemoğlunun iqtisadi məsləhətçi kimi qoşulduğunu açıqlayıb.  Hərəkatın koordinatoru Narek Karapetyan Acemoğlunun hərəkatın milli inkişaf strategiyasını formalaşdıracaq işçi qrupunda iştirak edəcəyini mətbuata təsdiqləyib və bunu “Ermənistan iqtisadiyyatını müasir əsaslar üzərində yenidən qurmaq üçün mühüm tərəfdaşlıq” adlandırıb.  Türkiyə ermənisi olan Acemoğlu ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun professoru və dünyanın ən nüfuzlu iqtisadçılarından biridir.  O, 2024-cü ildə həmkarları Ceyms Robinson və Saymon Conson ilə birlikdə “rifahın mənşəyi və inkişafın siyasi iqtisadiyyatı” mövzusundakı araşdırmalarına görə Nobel İqtisadiyyat...

Seçilmiş Videolar

Toplum TV loqo