Dünya

 

Ermənistan Avropa İttifaqına daxil olarsa, Avrasiya İqtisadi İttifaqının bazarları onun üçün bağlı olacaq – Overçuk

29 Yanvar, 2025
33

açıq mənbədən götürülüb

Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanln Avropa İttifaqına daxil olması Avrasiya İqtisadi İttifaqının bazarlarını onun üçün bağlamış olacaq. “Guya hansısa həll yolunun tapılacağını iddia edənlər erməni xalqını, yumşaq desək, çaşdırırlar. Burda həll yolu çox aydındır: Avropa İttifaqıyla bazarların açılması Avrasiya İqtisadi İttifaqıyla bazarların bağlanması demək olacaq. Aydındır ki, Aİ ilə idxal üzrə gömrük tariflərinin sıfırlanması avtomatik olaraq Aİİ ilə gömrük tarifinə qayıdış demək olacaq. Bu məsələdə heç kimin illüziyası olmamalıdır” deyə, Overçuk əlavə edib. Onun sözlərinə görə, Ermənistan Aİİ-də kifayət qədər fəaldır və konstruktiv mövqe nümayiş etdirir. Ona görə də Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçiriləcək iclasında bu məsələyə baxılmayacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Avropa İttifaqı monitorinq missiyasının Ermənistanda qalma vaxtını uzatdı

30 Yanvar 2025

Commonspace.eu

Yanvarın 29-da Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri qurumun Ermənistandakı 200 nəfərlik monitorinq missiyasının mandatını 19 fevral 2027-ci ilədək uzadılması qərarını təsdiqləyiblər. Bu barədə Avropa İttifaqı Şurasının “X” platformasındakı mikrobloqunda məlumat verilib. Mülki Missiyada Aİ-yə üzv 25 ölkənin və Kanadanın nümayəndələri təmsil olunur. Məlumatda həmçinin qeyd olunur ki, missiya Ermənistanın münaqişədən təsirlənmiş ərazilərində insanların təhlükəsizliyini təmin etmək və yerlərdə etimad mühiti yaratmaq məqsədilə yerlərdəki vəziyyətin monitorinqini aparır və hesabat verir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bununla bağlı “Modern.az”-a bildirib ki, Avropa Birliyinin bu qərarı və Ermənistanın bununla bağlı mövqeyi səmimi olmadığını göstərir. "Ermənistanın Avropa...
Dünya

ABŞ-ın sərnişin təyyarəsi qəzaya uğrayıb

30 Yanvar 2025

The New York Times

Amerika Hava Yollarına məxsus regional sərnişin təyyarəsi çərşənbə günü axşam Vaşinqton yaxınlığında hərbi helikopterlə toqquşub.  “American Airlines”-iin açıqlamasına görə, Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona uçan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Bildirilir ki, “Bombardier CRJ700” təyyarəsilə “Sikorski H-60” hərbi vertolyotunun toqquşması Ronald Reyqan Beynəlxalq Hava Limanına yaxınlaşarkən baş verib. Sərnişin təyyarəsi Potomak çayına düşüb. Bu, ABŞ-da 2009-cu ildən bəri qəzaya uğrayan ilk sərnişin təyyarəsidir. Pentaqon hadisəylə bağlı təhqiqata başladığını bildirib. Prezident Donald Trampın “Truth Social” platformasındakı səhifəsində yazıb ki, günahkarlar vertolyotun ekipajı və dispetçerlərdir. “Helikopter uzun müddət birbaşa təyyarəyə doğru uçub. AYDIN GECƏ idi, təyyarənin işıqları yanırdı,...

Seçilmiş Videolar

Toplum TV loqo