açıq mənbədən götürülüb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqlar aparmağı istisna etmədiyini deyib.
O, bunu aprelin 21-də rusiyalı jurnalistlərə bildirib.
Ukraynanın mülki obyektləri hərbi məqsədlərlə istifadə etdiyini deyən Putin qeyd edib ki, tərəflər mülki infrastrukturu vurmamaq haqda razılığa gələ bilərlər.
“Ukrayna hərbçiləri restoranlarda toplanırlar, məclislər, konfranslar keçirirlər, nəyisə qeyd edirlər, vodka içirlər. Bu mülki obyektdirmi? Bəli. Ancaq məqsəd nədir? Hərbi. Bunları nizamlamaq lazımdır. Bütün bunlar dialoq nəticəsində, bəlkə də ikitərəfli şəkildə, hərtərəfli öyrəniləcək məsələlərdir. Biz birbaşa dialoqu istisna etmirik. Ona görə də bütün bunları təhlil edib müvafiq qərarlar qəbul edəcəyik”, - o deyib.
Rusiya 2022-ci ildə Ukraynanı işğal edəndən bəri bu ölkə ilə birbaşa danışıqlar aparmayıb.
Hazırda iki ölkə müharibəni dayandırmaq üçün danışıqları ABŞ vasitəsilə aparır.
Lakin keçən cümə günü ABŞ Dövlət katibi Marko Rubio xəbərdarlıq etmişdi ki, əgər danışıqlarda irəliləyiş əlamətləri olmasa, ABŞ danışıqları davam etdirmək səylərindən uzaqlaşa bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
unsplash.com
Aİ Ombudsmanı Zelenski ilə qapalı yazışmalarına görə Avropa Komissiyasının sədrini araşdırır
Anadolu
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib
Təklif olunan yaşayış yerindən imtina edənlər məcburi köçkün statusunu itirə bilər