Dojd
Rusiya Daxili İşlər Nazirliyi “Dojd TV”nin baş redaktoru Tixon Dzyadkonu axtarışa verib.
Dzyadko 2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan olunub. O, nəşrin saytı bloklananda Rusiyanı tərk edib və o vaxtdan ölkə xaricində yaşayır.
2023-cü ilin iyulunda Rusiya hökuməti “Dojd TV”ni “arzuolunmaz təşkilat” kimi tanıyıb.
Bundan əvvəl, Rusiya hakimiyyəti “Dojd TV”nin aparıcısı Yuliya Taratutanı axtarışa vermişdi.
Kütləvi İnformasiya Vasitələrinin Hüquqlarını Müdafiə Mərkəzinin məlumatına görə, 2024-cü ildə azı 45 rusiyalı jurnalist cinayət işlərində müttəhim olub ki, bu da 2023-cü ildəkindən (23 jurnalist) təxminən iki dəfə çoxdur.
Rusiya təhlükəsizlik qüvvələri bu işlərin 16-sını "xarici agent"in vəzifələrindən boyun qaçırmaq maddəsi ilə, 10-unu saxta hərbi məlumatların yayılması maddəsi ilə, 8-ini isə "ekstremist" icmada iştirak maddəsi ilə açıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb