Dünya

Ukraynaya qarşı müharibədə 600 Şimali Koreya əsgəri ölüb

30 Aprel, 2025
24

açıq mənbədən götürülüb

Cənubi Koreya deputatlarının ölkənin kəşfiyyat idarəsinə istinadən verdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsində Şimali Koreyadan 600 hərbçi həlak olub, ümumi itkilərin sayı isə bir neçə min nəfərə çatır.

Bu barədə “Reuters” informasiya agentliyi məlumat yayıb.

Deputat Li Song-kvin jurnalistlərə bildirib ki, həlak olan Şimali Koreya əsgərlərinin cəsədləri Kursk vilayətində kremasiya (cənazənin yandırılaraq külə çevrilməsi üsulu) edilib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən Şimali Koreyaya təxminən 2000 əsgər qaytarılıb və onlar Pxenyanda izolyasiya şəraitində saxlanılırlar.



Cənubi Koreya hakimiyyətinin məlumatına görə, qonşu ölkə müharibəyə cəmi 15 min nəfər göndərib.

Pxenyan ilk dəfə olaraq bu yaxınlarda öz əsgərlərini Rusiyaya göndərdiyini təsdiqləmişdi. Şimali Koreya lideri bu qərarı Rusiya ilə imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi”nə əsasən verib.

Rusiya Prezidenti Vladimir Putin isə Şimali Koreya əsgərlərinə Ukraynaya qarşı müharibədə iştiraka görə təşəkkür edib. 

Kremlin saytında yayımlanan açıqlamada “Rusiya xalqı koreyalı xüsusi təyinatlı döyüşçülərin qəhrəmanlığını heç vaxt unutmayacaq” deyə qeyd olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya “Dojd TV”nin baş redaktorunu axtarışa verib

30 Aprel 2025

Dojd

Rusiya Daxili İşlər Nazirliyi “Dojd TV”nin baş redaktoru Tixon Dzyadkonu axtarışa verib.  Dzyadko 2022-ci ildə Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan olunub. O, nəşrin saytı bloklananda Rusiyanı tərk edib və o vaxtdan ölkə xaricində yaşayır.  2023-cü ilin iyulunda Rusiya hökuməti “Dojd TV”ni “arzuolunmaz təşkilat” kimi tanıyıb.  Bundan əvvəl, Rusiya hakimiyyəti “Dojd TV”nin aparıcısı Yuliya Taratutanı axtarışa vermişdi.  Kütləvi İnformasiya Vasitələrinin Hüquqlarını Müdafiə Mərkəzinin məlumatına görə, 2024-cü ildə azı 45 rusiyalı jurnalist cinayət işlərində müttəhim olub ki, bu da 2023-cü ildəkindən (23 jurnalist) təxminən iki dəfə çoxdur.  Rusiya təhlükəsizlik qüvvələri bu işlərin 16-sını "xarici agent"in vəzifələrindən boyun qaçırmaq maddəsi ilə, 10-unu...
Dünya

Macarıstan parlamenti Haaqa Məhkəməsindən çıxmağa səs verib

29 Aprel 2025

açıq mənbədən götürülüb

Macarıstan parlamenti Beynəlxalq Cinayətlər Məhkəməsindən (BCM) çıxmağa səs verib.  Bu barədə xəbəri şərh edən Macarıstan xarici işlər naziri Peter Szicarto deyib ki, ölkəsi bununla “qərəzsizliyini və nüfuzunu itirmiş, siyasiləşmiş qurumun tərkibində olmaqdan imtina edir”.  Ölkənin Haaqa Məhkəməsindən formal olaraq çıxma prosesi bir ilə qədər vaxt ala bilər.  Macarıstanda bu qurumdan çıxmaqla bağlı rəsmi açıqlamalar məhkəmənin İsrail Baş naziri Benyamin Netanyahu haqqında həbs orderi çıxarmasından sonra səsləndirilmişdi.  BCM 2024-cü ilin noyabrında Netanyahu və onun başçılıq etdiyi hökumətin keçmiş müdafiə naziri Yoav Qalant haqqında İsrailin Qəzza zolağında törətdiyi müharibə cinayətlərinə əsaslanaraq həbs orderləri çıxarıb.  Netanyahu bu ayın əvvəlində Macarıstana rəsmi səfər edib...

Seçilmiş Videolar

Toplum TV loqo