Dünya

Rza Pəhləvi İran xalqını hökuməti devirməyə çağırıb 

13 İyun, 2025
35

Foto: Reuters

Keçmiş İran şahının oğlu və İran hakimiyyətinin tənqidçisi Rza Pəhləvi İran xalqını hakimiyyəti devirməyə çağırıb. 

“İranla bağlı davam edən böhranın yalnız bir həlli yolu var: İran xalqına həm ölkəni, həm də dünyanı girov saxlayan rejimi devirməkdə kömək etmək. İslam Respublikası İranın sərvətini xalqımıza xidmət etmək üçün deyil, yüz milyardlarla dolları uranın zənginləşdirilməsinə və gizli nüvə proqramına xərcləmək üçün talayıb, bununla da İranı müharibə astanasına gətirib çıxarıb. Bu rejim dünyanı aldatmağa çalışırdı. İndi isə ifşa olunub. Hesabat verməlidir”, - deyə ABŞ-da yaşayan Pəhləvi iyunun 12-də “X” səhifəsində yazıb. 

İyunun 13-ə keçən gecə İsrailin İrana zərbələr endirməsindən sonra isə Pəhləvi “X”də yeni bir paylaşım edib. 

O, bu dəfə ordu və polisi hakimiyyətə itaətdən əl çəkməyə çağırıb. 

“Rejim zəifdir və parçalanmış vəziyyətdədir. O, çökə bilər. Mən həmvətənlərimə dəfələrlə demişəm: İran sizindir və onu geri almaq da sizə düşür. Mən sizinləyəm. Güclü qalın və biz qalib gələcəyik. Mən orduya, polisə və təhlükəsizlik qüvvələrinə səslənmişəm: rejimdən ayrılın. Şərəfli hərbçinin andına sadiq qalın. Xalqın tərəfinə keçin”, - deyə Pəhləvi çağırış edib. 

65 yaşlı Pəhləvi 2013-cü ildə mühacirətdəki İran müxalifəti qruplarının birləşdiyi İran Milli Şurasının əsasını qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

İran cavab olaraq İsrailə yüzlərlə raket zərbəsi endirib

14 İyun 2025

Foto: Reuters

İran cavab olaraq iyunun 13-ü axşam saatlarında İsrailə doğru yüzlərlə ballistik raket atıb. “The Times of Israel” tibb işçilərinə istinadən xəbər verir ki,  təxminən 35 nəfər yaralanıb. Hücum yerli vaxtla 21:00 radələrində başlayıb. İlk zərbədən sonra İran İsrailə qarşı daha bir neçə atəş açıb.  Yerli vaxtla axşam saat 22:00 radələrində İsrailə zərbələrin üçüncü dalğası başlayıb. Raketlərin İsrail ərazisinə buraxılması ilə eyni vaxtda İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciət edib. O, digər məsələlərlə yanaşı, “Sionist rejim öz cinayətinin nəticələrindən zərərsiz qalmayacağını” vəd edib. İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İran mülki hədəflərə raketlər atmaqla "qırmızı xətləri" keçib. İyunun...
Dünya

İsrail İrana zərbələr endirib, SEPAH-ın baş komandanı öldürülüb

13 İyun 2025

Foto: AP

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub.  İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib. O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək.  Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir.  Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib.  “Bu cinayətlə Sionist...

Seçilmiş Videolar

Toplum TV loqo