Dünya

Rza Pəhləvi İran xalqını hökuməti devirməyə çağırıb 

13 İyun, 2025
102

Foto: Reuters

Keçmiş İran şahının oğlu və İran hakimiyyətinin tənqidçisi Rza Pəhləvi İran xalqını hakimiyyəti devirməyə çağırıb. 

“İranla bağlı davam edən böhranın yalnız bir həlli yolu var: İran xalqına həm ölkəni, həm də dünyanı girov saxlayan rejimi devirməkdə kömək etmək. İslam Respublikası İranın sərvətini xalqımıza xidmət etmək üçün deyil, yüz milyardlarla dolları uranın zənginləşdirilməsinə və gizli nüvə proqramına xərcləmək üçün talayıb, bununla da İranı müharibə astanasına gətirib çıxarıb. Bu rejim dünyanı aldatmağa çalışırdı. İndi isə ifşa olunub. Hesabat verməlidir”, - deyə ABŞ-da yaşayan Pəhləvi iyunun 12-də “X” səhifəsində yazıb. 

İyunun 13-ə keçən gecə İsrailin İrana zərbələr endirməsindən sonra isə Pəhləvi “X”də yeni bir paylaşım edib. 

O, bu dəfə ordu və polisi hakimiyyətə itaətdən əl çəkməyə çağırıb. 

“Rejim zəifdir və parçalanmış vəziyyətdədir. O, çökə bilər. Mən həmvətənlərimə dəfələrlə demişəm: İran sizindir və onu geri almaq da sizə düşür. Mən sizinləyəm. Güclü qalın və biz qalib gələcəyik. Mən orduya, polisə və təhlükəsizlik qüvvələrinə səslənmişəm: rejimdən ayrılın. Şərəfli hərbçinin andına sadiq qalın. Xalqın tərəfinə keçin”, - deyə Pəhləvi çağırış edib. 

65 yaşlı Pəhləvi 2013-cü ildə mühacirətdəki İran müxalifəti qruplarının birləşdiyi İran Milli Şurasının əsasını qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib

30 İyul 2025

Foto: AFP

İyulun 29-da Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransında İsrail-Fələstin münaqişəsinin bitməsinə hesablanan “Nyu-York Bəyannaməsi” təqdim olunub.  Münaqişənin iki dövlətli həll yolu ilə nizamlanmasına və Qəzzaya nəzarət edən HƏMAS qruplaşmasının tərk-silah olmasına çağıran bəyanatı 17 ölkə, Ərəb Ölkələri Liqası və Avropa İttifaqının nümayəndələri dəstəkləyib.  Dəstək olanlar arasında Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya və Qətər də var.  Bəyanatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu qınanılır və qruplaşmadan bütün israilli girovları azad etmək, silahları yerə qoymaq və Qəzza üzərindəki hakimiyyətinə son qoymaq tələb olunur.  İki dövlətli həll variantına qarşı çıxan İsrail Baş naziri Benyamin Netanyahu bu konfransda iştirakı “təhlükəsizlik səbəblərinə görə” rədd...
Dünya

Britaniya İsraili Fələstini tanıyacağı ilə hədələyir 

30 İyul 2025

Foto: EPA

Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzza zolağında atəşkəsə razılaşmayacağı halda ölkəsinin sentyabrda Fələstin dövlətini tanıyacağını deyib.  O, bunu iyulun 29-da keçirdiyi mətbuat üçün brifinqdə bildirib.  “Mən həmişə demişəm ki, Fələstin dövlətini iki dövlətli həll yoluna maksimum təsir göstərə biləcək bir anda, sülh prosesinə töhfə olaraq tanıyacağıq. Ona görə də təsdiq edə bilərəm ki, əgər İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətin sona çatdırılması, atəşkəsə razılıq verilməsi və uzunmüddətli, dayanıqlı sülhə — iki dövlətli həll ümidinin dirçəldilməsinə — sadiqliyini göstərməzsə, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Böyük Britaniya Fələstin dövlətini tanıyacaq”, - o qeyd edib.  Starmer bir gün öncə Şotlandiyada ABŞ...

Seçilmiş Videolar

Toplum TV loqo