Foto: Reuters
İran cavab olaraq iyunun 13-ü axşam saatlarında İsrailə doğru yüzlərlə ballistik raket atıb.
“The Times of Israel” tibb işçilərinə istinadən xəbər verir ki, təxminən 35 nəfər yaralanıb.
Hücum yerli vaxtla 21:00 radələrində başlayıb.
İlk zərbədən sonra İran İsrailə qarşı daha bir neçə atəş açıb.
Yerli vaxtla axşam saat 22:00 radələrində İsrailə zərbələrin üçüncü dalğası başlayıb.
Raketlərin İsrail ərazisinə buraxılması ilə eyni vaxtda İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciət edib.
O, digər məsələlərlə yanaşı, “Sionist rejim öz cinayətinin nəticələrindən zərərsiz qalmayacağını” vəd edib.
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, İran mülki hədəflərə raketlər atmaqla "qırmızı xətləri" keçib.
İyunun 13-nə keçən gecə İsrail “Şir kimi insanlar” əməliyyatı çərçivəsində İranın hərbi və nüvə infrastrukturuna böyük hücum edib, nüvə obyektlərinə ziyan vurub və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Səlami də daxil olmaqla ən azı 20 yüksək rütbəli hərbçini öldürüb.
Mülki itkilərin də olduğu bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Qətər və Türkiyə də daxil olmaqla 17 ölkə HƏMAS-ın tərk-silah olmasını tələb edib
Foto: AFP
Foto: EPA
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?