Dünya

İsrail İrana zərbələr endirib, SEPAH-ın baş komandanı öldürülüb

13 İyun, 2025
221

Foto: AP

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib.

Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub. 

İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib.

O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək. 

Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir. 

Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib. 

“Bu cinayətlə Sionist rejim özünə acı və ağrılı bir aqibət hazırlayıb və o aqibətlə üzləşməsi qaçınılmazdır.  Allahın lütfü ilə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli qolu onları cəzasız buraxmayacaq”, - o deyib. 

İranın İsrailə artıq 100-dən çox dronla hücum etdiyi bildirilir. 

ABŞ Dövlət katibi Marko Rubio bəyanatında ölkəsinin İsrailin hücumlarında iştirakı olmadığını bildirib. 

Prezident Donald Tramp isə “Fox News” kanalına açıqlamasında İsrailin hücumu barədə öncədən məlumatlı olduğunu, İranın cavab verəcəyi təqdirdə İsraili köməksiz buraxmayacaqlarını deyib. 

Tramp, həmçinin, deyib ki, İranla nüvə proqramı üzrə danışıqlara sadiqdir, lakin İranın nüvə silahına sahib olmayacağı haqda tələbi qüvvədədir. 

ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundunun iyunun 15-də Omanda baş tutması gözlənilirdi. 

Azərbaycan Xarici İşlər Nazirliyi mövzu ilə bağlı mövqeyini açıqlamayıb. 

Azərbaycan Hava Yolları isə Tehran, Təl-Əviv və Dubay şəhərlərinə uçuşlarını dayandırıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Ermənistanın "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyinə eyham vurub 

11 May 2026

Açıq mənbə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropaya inteqrasiya ilə bağlı seçim etməli olduğunu deyib.  O, Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan "geosiyasi istiqamətinin nə olduğuna ən tez zamanda qərar verməlidir".  “Mənim fikrimcə, həm Ermənistan əhalisinə, Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər", - o qeyd edib.  Putin əlavə edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığı” davam etdirməyə imkan verəcək. Rusiya lideri, həmçinin, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi...
Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May 2026

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib.  Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb.  Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib.  “Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo