Məhkəmə

Müsəlman Birliyi Hərəkatının üzvü həbs edilib

13 İyun, 2025
346

Foto: Toplum TV

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elgiz Məmmədov həbs edilib. 

MBH-dən verilən məlumata görə, iyunun 12-də fəal barəsində Nizami Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin 234.1.1-ci (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama, emal etmə) maddəsilə ittiham olunur. 

İyunun 10-da Bakının Keşlə qəsəbəsində saxlanılan MBH üzvü Elgiz Məmmədov həmin gün 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həyat yoldaşı Toplum TV-yə deyib ki, Məmmədova narkotik maddə ittihamını qəbul etdirmək üçün ona polis idarəsində işgəncə verilib və daha sonra suyuna narkotik maddə qatılıb. 

MBH Məmmədovun narkotik maddə istifadəçisi olmadığını və şərləndiyini bildirir. 

Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birliyin iyunun 9-da yenilədiyi siyahıya əsasən, ölkədə 375 siyasi motivlərlə həbs olunan şəxs var və bunlardan 241-i inanclı fəallardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo