Məhkəmə

"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”

10 İyun, 2025
1693

Foto: Abzas Media

İyunun 10-da "Abzas Media işi" üzrə təqsirləndirilən jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə vəkillər müdafiə çıxışı ediblər, jurnalist Hafiz Babalı isə son sözünü deyib.

Müdafiə tərəfinin ittiham aktına və iddia olunan cinayət əməllərinə münasibətləri oxşar olub. Onlar bütün ittihamların qondarma olduğunu bildiriblər.

Vəkillər qeyd ediblər ki, bu cinayət işi təqsirləndirilən Məhəmməd Kekalovun ifadəsi əsasında qurulub, ancaq o, istintaqda ifadəsini təhdid altında uydurduğunu bildirib. 

M.Kekalov bundan əvvəlki məhkəmə proseslərində istintaqdakı ifadəsindən imtina edib.

Vurğulanıb ki, cinayət işi Kekalovun ifadəsi əsasında qurulsa da, Ülvi Həsənli ondan əvvəl həbs edilib. Vəkillər sual ediblər ki, istintaq Kekalovu həbs etməmiş və ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?

Məhkəmədə o da qeyd olunub ki, cinayət işi qaçamalçılıq ittihamı üzrə açılsa da, tutulanların heç biri ölkə sərhədini keçərkən qanunsuz əmlakla saxlanılmayıb və onların üzərlərindən, yaşadıqları mənzillərdən də bu cür maddi sübutlar aşkar edilməyib.

Müdafiə tərəfi bildirib ki, cinayət işində təqsirləndirilən şəxslərin tamah məqsədilə qanunsuz sahibkarlıq və qanunsuz əmlakı leqallaşdırma cinayəti etdikləri qeyd olunub, ancaq, bu da absurddur:

“Çünki tamah məqsədli əməl ev, maşın, əmlak kimi təminatlardır ki, bu şəxslərin də heç birinin evi və maşını yoxdur. Belə olan halda hansı tamahdan söhbət gedə bilər? Digər tərəfdən, qanunsuz əmlakı leqallaşdırma ittihamı həm də ona görə absurddur ki, ortada qanunsuz yolla əldə olunduğu sübuta yetirilən vəsait yoxdur.

Hətta istintaqın iddia etdiyi kimi, qrant alınmış olsaydı belə, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur, inzibati xəta hesab olunur. Ona görə bu ittihamlar da yanlışdır. Digər tərəfdən, media kommersiya qurumu hesab olunmur, fəaliyyəti maarifçi fəaliyyət hesab olunur. Belə olan halda hansı qanunsuz sahibkarlıqdan söhbət gedə bilər?”.

Vəkillər əlavə edib ki, "Abzas Media"nın ofisində aşkar olunduğu bildirilən pul vəsaitini də, uydurma sənədləri də istintaq orqanı hazırlayıb. Cinayət işinin əhatə olunduğu 2020-2023-cü illərdə nə Hafiz Babalı, nə də Elnarə Qasımova ölkə sərhədlərini tərk edib.

Son olaraq vəkillər bildiriblər ki, nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında işin üzə çıxması üçün verilən heç bir vəsatət qəbul edilməyib. Onlar məhkəmədən ədalətli hökm gözləmədiklərini bildirsələr də, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

Daha sonra hakim təqsirləndirilən şəxslərə son söz verib. Təqsirləndirilən şəxslərin əksəriyyəti növbəti prosesdə çıxış edəcəklərini bildiriblər. Araşdırmaçı jurnalist Hafiz Babalı isə son sözlə çıxış edib.

Proses iyunun 20-də davam etdiriləcək.

“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar. 

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Meydan TV işi“: ‘Azərbaycanda korrupsiyadan, diktaturadan danışmaq cinayətdir’

27 İyul 2026

Meydan TV

Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. “Meydan TV”-nin xəbərinə görə, iyulun 24-də hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə iclasında həbsdə olan 12 nəfərdən daha üç jurnalist - Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib. Bu dəfəki məhkəmə iclasında əvvəlcə təqsirləndirilən jurnalistlər və onların vəkilləri vəsatətlərini təqdim ediblər. Xəyalə Ağayeva saxlanıldığı Bakı İstintaq Təcridxanasında danışıq hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, iyulun 23-də telefonla danışarkən danışıq qəfil kəsilib və bunun səbəbi ilə bağlı ona heç bir izah verilməyib. Nurlan Libre (Qəhrəmanlı) isə dostlarının ona yazdığı məktubların verilmədiyini bildirib və qeyd edib ki,...
Məhkəmə

Prokuror Anar Məmmədliyə 14, Anar Abdullaya 13 il həbs cəzası istəyib

24 İyul 2026

Toplum TV

İyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA yazır ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Prosesin davamında dövlət ittihamçısı çıxış edərək 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Növbəti proses avqustun 7-nə təyin edilib. Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə...

Seçilmiş Videolar

Toplum TV loqo