açıq mənbədən götürülüb
Çin və Hindistan mart ayı üçün Rusiyadan neft almayacaqlar.
“Reuters” agentliyi bunu treyderlərə istinadən yazıb.
Bildirilir ki, Sakit okeandakı Kozmino limanından göndərilən ESPO markalı Rusiya neftinin qiyməti ICE “Brent” markalı neftlə müqayisədə 3-5 dollar/barel bahalaşıb. Bu, tanker kirayəsi tariflərinin kəskin artmasıyla əlaqəlidir. Məsələn, “Aframaks” tipli tankerin Çin marşrutu üzrə kirayəsi "bir neçə milyon dollar" artıb.
Yanvarın 10-da ABŞ Rusiyanın neft və qaz gəlirlərinə təsir edən, indiyə qədərki ən geniş sanksiya paketini tətbiq edib. Məhdudiyyətlər Rusiyanın dörd ən böyük neft şirkətindən ikisinə – “Qazprom Neft” və “Surqutnefteqaz”a , o cümlədən Qərbin sanksiyalarını pozaraq Rusiyanın neft və neft məhsullarını daşıdığı iddia edilən 180-dən çox tankerə şamil edilib. Çin və Hindistandakı bəzi alıcılar və limanlar sanksiyaya məruz qalmış tankerləri qəbul etməməyə başlayıblar və bu, yükdaşıma qiymətlərinin artmasına səbəb olub.
2024-cü ildə Rusiya nefti Hindistanın idxalının 36%-ni, Çin idxalınınsa təxminən beşdə birini təşkil edib.
“Kpler” analitika şirkətinin məlumatına görə, son sanksiyalar Rusiyanın dəniz neft ixracatının təxminən 42%-ni əhatə edir və bu əsasən Çinə neft daşıyan tankerlərə aiddir.
ABŞ Hindistandan tələb edib ki, fevralın 27-dək Rusiya neftini tankerlərdən boşaltsın və martın 12-dək ödənişləri tamamlasın. Sanksiyalardan müvəqqəti olaraq azad edilmələrinə baxmayaraq Çindəki tankerlərin boşaldılmasında gecikmələr var.
“Kpler” qeyd edir ki, Çinin Rusiyadan neft idxalı ötən həftə altı ayın ən aşağı səviyyəsinə enərək sutkada 717 min barrel təşkil edib.
“Reuters” agentliyinin xəbərinə görəsə, Hindistanda Rusiya neftinin tədarükündəki fasilələr sutkada 450 min barrelə çatır. Agentlik bildirir ki, Hindistanın neft emalı zavodları mart və aprel ayları üçün Yaxın Şərq, Afrika və ABŞ-dan alternativ idxal variantları axtarırlar, çünki Rusiyadan tədarükün azalacağı gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Ermənistan Avropa İttifaqına daxil olarsa, Avrasiya İqtisadi İttifaqının bazarları onun üçün bağlı olacaq – Overçuk
açıq mənbədən götürülüb
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?