açıq mənbədən götürülüb
Cənubi Koreya polisi prezident Yun Sok Yolun hərbi vəziyyət haqqında fərmanının qiyam cəhdi olub-olmadığını araşdırır.
“France-Presse” xəbər verir ki, bu barədə deputatlara Milli İstintaq Departamentinin direktoru U Çon Su məlumat verib.
İstintaq dekabrın 3-də baş verən hadisələrə görə müxalifətin prezidentdən və digər rəsmilərdən verdiyi şikayət ərizəsindən sonra başlayıb. Ölkə qanunvericiliyinə görə, qiyam prezident toxunulmazlığı çərçivəsinə aid olmayan cinayətdir, buna görə ölüm cəzası nəzərdə tutulub (https://t.me/radiosvoboda/72838).
Yun Sok Yol dekabrın 3-də yerli vaxtla saat 22:25-də "KXDR-in daxili tərəfdarları ilə mübarizə məqsədilə" ölkədə hərbi vəziyyət tətbiq olunduğunu elan edib. Altı saat qüvvədə olmuş fərmanla siyasi partiyaların fəaliyyəti, etiraz aksiyaları, tətillər qadağan edilirdi, senzura tətbiq olunurdu, ölüm hökmü vermək hüququ olan hərbi tribunallar yaradılırdı.
Hərbçilər parlament binasına hücum edən dəqiqələrdə deputatlar bu fərmanın ləğvinə səs veriblər. Bundan sonra prezident fərmanı ləğv etməli olub.
Hazırda müxalifət partiyaları prezidentə qarşı impiçment proseduruna başlayıblar, səsvermə dekabrın 6-na təyin edilib. Müxalifətçilər Milli İstintaq Agentliyindən tələb edirlər ki, prezidentlə yanaşı, keçmiş müdafiə naziri Kim Yon Hyon, qərargah rəisi Park An Sun və daxili işlər naziri Li San Min də qiyama cəhddə günahlandırılsınlar.
Müdafiə naziri Kim Yon Hyon ötən gecə vəzifəsindən istefa verib. Hyon jurnalistlərə deyib ki, hərbi vəziyyət elan etməyi prezidentə o təklif edib. Vətəndaşlar arasında çaşqınlıq və narahatlıq yaratdığı üçün təəssüfləndiyini bildirən keşmiş nazir "hərbi vəziyyətlə bağlı bütün baş verənlərə" görə məsuliyyəti öz üzərinə götürüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
BBC
açıq mənbədən götürülüb
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb