Dünya

Rusiya ordusu Nikopolun mərkəzindəki bazarı vurub

26 Dekabr, 2024
13

BBC

Rusiya ordusu Dnepropetrovsk vilayətindəki Nikopol şəhərinin mərkəzi bazarına zərbə endirib. Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak “Telegram”-dakı bazarın dronla vurulduğunu yazıb (https://t.me/bbcrussian/74643).

Səkkiz nəfərin xəsarət aldığı, yeddisinin xəstəxanaya yerləşdirildiyi bildirilir. “Bir qadının vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır" – Lısak belə yazıb. Rusiya hərbçiləri hələ ki xəbəri şərh etməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Suriyada Əsədə sadiq qüvvələrlə polis arasında toqquşma olub

26 Dekabr 2024

yahoo

Suriyanın yeni hakimiyyət orqanları Tartus əyalətindəki “Əsəd qüvvələrini” ordan sıxışdırıb çıxarmağa çalışırlar (https://www.bbc.com/russian/articles/ckgxzk41z8ko). Devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarıyla toqquşmada 14 polis həlak olub. İnsident haqqında “Heyəti Təhrir əş-Şam” islamçı qruplaşmasının rəhbərlik etdiyi keçid hökuməti məlumat yayıb. Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Əbdül Rəhman deyib ki, Əsədə sadiq qüvvələr hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşını pusquya salararaq öldürüblər, 10 polis isə yaralanıb. Suriyanın müvəqqəti hökuməti bildirib ki, “ölkənin təhlükəsizliyini pozmağa və ya vətəndaşların həyatını təhlükəyə atmağa” cəhd edən istənilən qüvvəyə qarşı sərt addımlar atacaq.
Dünya

AŞPA nümayəndələrinin maşınını qəzaya uğratmağa çalışanlar hələ tapılmayıb

26 Dekabr 2024

açıq mənbədən götürülüb

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasına məxsus avtomobilin qəsdən zədələnməsi iddiası araşdırılır (https://t.me/jamnewsru/21373). AŞPA-nın seçkilərlə bağlı hesabatında qeyd olunur ki, avtomobilə oktyabrın 26-da - parlament seçkilərinin keçirildiyi gün Kaxetiyanın Siqnaqi bələdiyyəsinin Bodbe kəndində xətər yetirilib: “40-a yaxın qəzəbli və əzələli kişi müşahidəçilərin seçki məntəqəsinin yaxınlığında dayanmış avtomobilini qəsdən zədələyib. Əvvəlcə onlar maşının təkərini deşdilər, sonra isə köhnə bir avtomobili onsuz da zədələnmiş maşına çırparaq qəza törətməyə cəhd ediblər”.

Seçilmiş Videolar

Toplum TV loqo