AZAL-ın təyyarəsi "Pantsir-S1" raket sistemi ilə vurulub – hərbi ekspertlər
açıq mənbədən götürülüb
AZAL-ın qəzaya uğrayan təyyarəsinin füzelajındakı dəliklər "Pantsir-S1" raketinin zərbəsinin nəticələrinə oxşayır - xarici və Rusiya hərbi ekspertlərinin əksəriyyəti belə nəticəyə gəlib (“Turan”).
OSINT (Open source intelligence) analitikləri qeyd edirlər ki, quşlarla toqquşma və ya qəza zamanı belə zədələnmələrin olması qeyri-mümkündür. Quş sürüsü ilə toqquşma zamanıı əziklər əmələ gəlir, burada isə qəlpə dəlikləri görünür. Hərbi ekspert Yan Matveyev qəza videosunda “Rosaviasiya”nın iddiasını - oksigen balonunun partlaması izlərinin göründüyünü istisna edir. Təyyarənin gövdəsində - quyruq hissəsindən ortasına qədər çoxsaylı zədələnmələrin olması öldürücü silahla vurulmuş zərbənin sübutudur. Bu izlər təyyarənin "Pantsir-S1" kompleksinə aid raket zərbəsilə vurulması zamanı yarana bilər, deyə ekspert əlavə edib.
Təyyarənin dərhal məhv edilməməsi onun kifayət qədər yüksəkdə olması və raketlərin gücünün təyyarəni dərhal sıradan çıxarmağa yetməməsilə izah olunur. Təyyarə Aktauya düşməzdən əvvəl Qroznıya enməyə çalışıb, bu zaman ora dron hücumu olub.
Ramzan Kadırovun qardaşı oğlu, Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırov “İnstagram”-da bütün hədəflərin vurulduğunu yazıb. Lakin ən inandırıcı sözlər sağ qalan sərnişinlərin dedikləridir. Onlar iki partlayış səsi eşitdiklərini və təyyarənin gövdəsinə zərbə dəydiyini hiss etdiklərini bildiriblər. Bundan başqa, məhvedici elementlər gövdəni dəlib və hətta bəzi sərnişinləri yaralayıb.
8 noyabr 2020-ci il tarixində Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopterinin vurulması zamanı rəsmi Bakı buna görə üzrxahlıq etmişdi. Ramzan Kadırovdan və Rusiya rəhbərliyindən öz təqsirlərini etiraf edib üzrxahlıq edəcəyini və təzminat ödəyəcəyini gözləmək olarmı?
Mahaçqalada və ya Vladikavkazda təyyarənin qəbul edilməməsinin səbəbini havanın pis olması ilə izah ediblər. Pilotun Qroznıdakı dispetçerlərlə danışıqları bunu göstərir. VÇK-OQPU teleqram kanalı bu danışıqları dərc edib, pilot Qroznıya yaxınlaşarkən belə deyib: "Təyyarənin idarəetməsini itirirəm". Ekipaj bir neçə dəfə Qroznıya eniş edə bilməyib, daha sonra isə GPS sistemi sıradan çıxıb. “Flightradar24”-ün məlumatına görə, bu, Çeçenistana hücum edən dronları "susdurmaq" üçün edilib. Elektron maneələr pilotun dispetçerlə danışıqlarına da mane olub və təyyarə faktiki olaraq "kor qalıb".
Təyyarə Bakıya uçmağa qərar verdikdə isə pilot güclü zərbə aldıqlarını bildirib. Doğrudur, o, əvvəlcə təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünüb. Sonra təyyarənin idarəetmə və hidravlikası sıradan çıxıb. Pilot Mineralnıe Vodı şəhərinə eniş istədikdə ona Mahaçqalada da güclü külək və duman olduğu bildirilib. Daha sonra pilot idarəetmənin itirildiyini və hidravlikanın sıradan çıxdığını bildirib. 8:24-də pilot təyyarənin qəza vəziyyətinə düşdüyünü açıqlayıb və bundan dərhal sonra Qroznıdakı dispetçerlə əlaqə kəsilib, o, pilotun Rostovdakı dispetçerlə əlaqəsini yaradıb. VÇK-OQPU "Bakı-Qroznı" laynerinin vurulduğu yeri təxmin edib. Bu, Çeçenistanın Naur rayonu üzərində baş verib, burada bir neçə hərbi hissə, o cümlədən HHM vasitələrinin yerləşdiyi hərbi hissələr var. Dispetçer və ekipajın danışıqlarına əsasən, təyyarəyə dəyən güclü zərbəni pilot quş sürüsü ilə toqquşma hesab edib. Bu, Qroznı aeroportundan təxminən 18 kilometr şimalda, Naur rayonu üzərində, 2,4 min metr hündürlükdə baş verib. Açıq mənbələrin məlumatına görə, bu ərazidə "Barnaul-T" HHM idarəetmə sistemi, həmçinin bir neçə "Pansir" sistemi yerləşdirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Meydan TV
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb