açıq mənbədən götürülüb
Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Famil Xəlilovun işi üzrə məhkəmə istintaqının növbəti iclası keçirilib. İclasa hakim Azər Tağıyev sədrlik edir.
Əvvəlki iclasdan bir neçə gün sonra Famil Xəlilov səhhətinə görə ev dustaqlığına buraxılıb.
Bugünkü prosesdə şahid Süleymanbəy Qasımovu dindirib. İstintaq sənədlərində Qasımov Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsində Famil Xəlilovun cibindən narkotik aşkar edilməsində iştirak etmiş hal şahidi kimi göstərilir. O bildirib ki, bu il mayın 2-də 40-cı polis bölməsinin yanından keçərkən polislər ona hal şahidi olmağı təklif ediblər. “Bölmədə bu adamın şalvarının cibindən büküm çıxdı. Ağ toz halında bir şey idi. Mənim narkotikdən anlayışım yoxdur. Ona görə nə olduğunu bilmirəm. Bu adam qışqırırdı ki, bu mənim deyil, mənim bundan xəbərim yoxdur. Sonra protokol tərtib olundu, mən hal şahidi kimi qol çəkdim. Bu adamsa qol çəkmədi, dedi ki, narkotik onun deyil” - Qasımov belə deyib.
O, təqsirləndirilən şəxsin və vəkilin verdiyi sualların çoxuna “yadımda deyil” deyə cavab verib. Famil Xəlilov Qasımovu tanımadığını bildirib: “Sənədlərdə yazılıb ki, guya bizi üzləşdiriblər. Ancaq mən bu adamı ilk dəfədir görürəm”.
Şahid istintaqa çağırılmadığını təsdiqləyib, bildirib ki, Xəlilovu ancaq polis bölməsində görüb. Hakim ikinci hal şahidinin hazırda hərbi xidmətdə olduğunu bildirib.
Xəlilov və vəkili onun da dindirilməsini tələb ediblər. Hakim onun məhkəmədə iştirakının təmin olunacağını deyib. Vəkil müdafiə tərəfinin əlavə şahidləri olduğunu bildirib. Hakim bununla bağlı vəsatətə növbəti iclaslarda baxılacağını deyib.
Növbəti iclas yanvarın 16-na təyin edilib.
Famil Xəlilov bu ilin mayında narktoik ittihamıyla həbs olunub. Özü həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsilə əlaqələndirir. 7 ay həbsdə qalmış Xəlilov təcridxanada uzunmüddətli aclıq aksiyası keçirib. Ötən ayın sonunda vəziyyəti pisləşdiyi üçün aclığı dayandırıb. Dekabrın ilk günlərində ev dustaqlığına buraxılmasıyla bağlı vəsatət rədd edildiyinə görə quru aclığa başlayıb. Dekabrın 3-də hakim vəsatəti təmin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Meydan TV
Suriyada kim qalib gəldi?
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb