Dünya

Ermənistanın KTMT-yə qayıtması mümkün deyil – Paşinyan

5 Dekabr, 2024
23

açıq mənbədən götürülüb

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin dünənki iclasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rolunu və onun məsuliyyət dairəsini qiymətləndirmək məsələsində Yerevanla Moskva arasındakı fikir ayrılıqları geriyə dönüş nöqtəsinin olmadığını göstərir (https://t.me/radiosvoboda/72811).

Paşinyan deyib ki, indiki situasiyada Ermənistanın KTMT-yə qayıtması mümkün deyil. O xatırladıb ki, rəsmi Yerevan bu təşkilatda iştirakını dondurub, hər hansı sənədi müzakirə etməkdən və ya bloklamaqdan imtina edib. 

"Biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Nə istədiklərinə qoy özləri qərar versinlər. Biz onların işlərinə qarışmırıq və orda de-yure veto hüququna malik olduğumuzu bəyan etmirik" deyə, Baş nazir vurğulayıb. 

Paşinyan bunları Rusiya Prezidenti Vladimir Putinin noyabrda Astanada keçirilmiş KTMT sammitindən sonra verdiyi açıqlamaya cavab olaraq deyib. Onda Putin bildirmişdi ki, Qarabağ müharibəsində baş verənlər Ermənistana qarşı xarici təcavüz anlayışına daxil olmadığı üçün KTMT Yerevanın tərəfini tutmayıb.

Paşinyan hələ ilin əvvəlində bəyan etmişdi ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və əgər təşkilat öhdəliklərini yerinə yetirməsə, məsuliyyət zonasını tanımasa, ölkə qurumu tərk edə bilər. Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatı nəzərdə tutan Baş nazir daha sonra bildirmişdi ki, KTMT Ermənistanın milli təhlükəsizliyinə təhdiddir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya ordusu Nikopolun mərkəzindəki bazarı vurub

26 Dekabr 2024

BBC

Rusiya ordusu Dnepropetrovsk vilayətindəki Nikopol şəhərinin mərkəzi bazarına zərbə endirib. Regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak “Telegram”-dakı bazarın dronla vurulduğunu yazıb (https://t.me/bbcrussian/74643). Səkkiz nəfərin xəsarət aldığı, yeddisinin xəstəxanaya yerləşdirildiyi bildirilir. “Bir qadının vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır" – Lısak belə yazıb. Rusiya hərbçiləri hələ ki xəbəri şərh etməyiblər.
Dünya

AŞPA nümayəndələrinin maşınını qəzaya uğratmağa çalışanlar hələ tapılmayıb

26 Dekabr 2024

açıq mənbədən götürülüb

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasına məxsus avtomobilin qəsdən zədələnməsi iddiası araşdırılır (https://t.me/jamnewsru/21373). AŞPA-nın seçkilərlə bağlı hesabatında qeyd olunur ki, avtomobilə oktyabrın 26-da - parlament seçkilərinin keçirildiyi gün Kaxetiyanın Siqnaqi bələdiyyəsinin Bodbe kəndində xətər yetirilib: “40-a yaxın qəzəbli və əzələli kişi müşahidəçilərin seçki məntəqəsinin yaxınlığında dayanmış avtomobilini qəsdən zədələyib. Əvvəlcə onlar maşının təkərini deşdilər, sonra isə köhnə bir avtomobili onsuz da zədələnmiş maşına çırparaq qəza törətməyə cəhd ediblər”.

Seçilmiş Videolar

Toplum TV loqo