Ölkə

Qəzada yaralananların 12-si Azərbaycana gətirilir

26 Dekabr, 2024
11

açıq mənbədən götürülüb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış təyyarədə sağ qalan şəxslərin 12-si bu gün Azərbaycana gətirilir. Onlardan 7-nin adi reyslə, vəziyyəti orta ağır olan 5 nəfərinsə Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsində, həkim briqadasının müşayiəti altında gətiriləcəyi bildirilir.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 29-u sağ qalıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Baş konsul: “Həlak olanlardan bəzilərinin meyiti tanınmaz haldadır”

26 Dekabr 2024

Toplum TV

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı həlak olanlardan bəzilərinin meyitlərinin tanınmaz halda olduğunu bildirib (APA). “Bildiyiniz kimi, təyyarədə ekipaj üzvlərilə birlikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, Azərbaycan vətəndaşlarından 16-sı sağ qalıb, 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərlərinin vəziyyəti ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək" - səfir belə deyib. Süleymanlının sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmin cənazələr də Azərbaycana göndəriləcək".
Ölkə

 

Aktauda baş verən qəzada həlak olanların siyahısı açıqlanıb

26 Dekabr 2024

APA

"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yazınlığında qəzaya uğraması nəticəsində vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb. APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Seçilmiş Videolar

Toplum TV loqo