Gürcüstanda aksiyalar davam edir, ombudsman polisi zorakılıqda günahlandırır
France24
Gürcüstanın paytaxtı Tbilisi şəhərində bazar günü keçirilmiş etiraz aksiyaları zamanı 34 nəfər saxlanılıb. Ən azı beş nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Ombudsman polisin hədsiz güc tətbiq etməsilə bağlı bütün halların araşdırmasını tələb edib.
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr Departamentinin rəisi Zviad Xarazişviliyə cinayət işi açılmasını və onun səlahiyyətlərinin dayandırılmasını tələb edib.
Bəyanatda Xarazişvilinin etirazçılardan birini təpiklədiyini əks etdirən, yerli televiziya kanallarında yayımlanmış görüntülərə istinad edilib.
Bəzi media quruluşlarının iddiasına görə, bir neçə halda etirazçıların saxlanılmasına Xarazişvili şəxsən özü nəzarət edib.
Daxili İşlər Nazirliyi bazar günü və bazar ertəsinə keçən gecə Tbilisidəki aksiyalarda 31 nəfərin saxlanıldığını açıqlayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, bəziləri, o cümlədən “Dəyişiklik koalisiyasının” liderlərindən biri Nika Melia səhərə yaxın girov müqabilində sərbəst buraxılıb, digərləri istintaq təcridxanalarındadır.
Onların hamısı 173-cü maddəylə - polis əməkdaşlarının tələbinə tabe olmama ittihamıyla inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyi etirazçılara qarşı zorakılıq ittihamlarını şərh etməyib.
Səhiyyə Nazirliyi zərərçəkmişlərin sayı barədə açıqlama verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
USA Today
Anna Moneymaker/Getty Images
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək