Siyasət

AZAL-ın Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırılıb

3 Fevral, 2025
166

AZAL

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

AZAL bunu son zamanlar Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması və uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə edildiyini bildirib.

Qeyd edilib ki, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. 

Şirkət mövcud vəziyyəti diqqətlə izləməyə davam etdiyini və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracağını bəyan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...
Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib.  BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib.  Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir.  Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar. Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər.  Lakin bu, BMT qurumu tərəfindən aparılan...

Seçilmiş Videolar

Toplum TV loqo