Dünya

Tramp insan haqlarından danışdı 

3 Fevral, 2025
10

USA Today

ABŞ prezidenti Donald Tramp Cənubi Afrika Respublikasına maliyyə yardımını dayandıracağını bildirib.

O özünün “Truth” sosial şəbəkəsində yazıb ki, CAR-da torpaqlar müsadirə olunur və “müəyyən təbəqələrə” son dərəcə pis münasibət göstərilir.

Tramp hansı halları və ya təbəqələri nəzərdə tutduğunu açıqlamayıb, amma CAR-da insan haqlarının ABŞ-ın dözməyəcəyi həddə pozulduğunu vurğulayıb. 

CAR rəsmiləri onun dediklərinə hələ ki münasibət bildirməyiblər.

“Reuters” ABŞ hökumətinin son açıqlamalarına istinadən yazır ki, 2023-cü ildə Amerikanın bu ölkəyə yardımının ümumi həcmi təxminən 440 milyon dollar təşkil edib.

CAR-ın prezidenti, G20-nin hazırkı sədri Siril Ramafosa daha əvvəl Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyini və ABŞ-la əməkdaşlığın davamına ümid etdiyini bildirib. 

Yanvarın 20-də vəzifəsinin icrasına başlamış Donald Tramp xarici yardım proqramlarını dayandırmaq barədə sərəncamı elə ilk gün imzalayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstanda aksiyalar davam edir, ombudsman polisi zorakılıqda günahlandırır

3 Fevral 2025

France24

Gürcüstanın paytaxtı Tbilisi şəhərində bazar günü keçirilmiş etiraz aksiyaları zamanı 34 nəfər saxlanılıb. Ən azı beş nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Ombudsman polisin hədsiz güc tətbiq etməsilə bağlı bütün halların araşdırmasını tələb edib.  Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələr Departamentinin rəisi Zviad Xarazişviliyə  cinayət işi açılmasını və onun səlahiyyətlərinin dayandırılmasını tələb edib. Bəyanatda Xarazişvilinin etirazçılardan birini təpiklədiyini əks etdirən, yerli televiziya kanallarında yayımlanmış görüntülərə istinad edilib. Bəzi media quruluşlarının iddiasına görə, bir neçə halda etirazçıların saxlanılmasına Xarazişvili şəxsən özü nəzarət edib. Daxili İşlər Nazirliyi bazar günü və bazar ertəsinə keçən gecə Tbilisidəki aksiyalarda...
Dünya

Tramp "rüsum müharibəsinə" start verdi

3 Fevral 2025

Anna Moneymaker/Getty Images

ABŞ prezidenti Donald Tramp fevralın 1-də Meksika və Kanada mallarına 25%, Çin mallarına isə 10% rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb. Tramp Kanada neftinə daha az - 10% rüsum tətbiq olunacağını və bu dəyişikliklərin fevralın 18-də qüvvəyə minəcəyini bildirib. O, daha əvvəl bəyan etmişdi ki, bu addım ABŞ sərhədlərini keçən çox sayda qeyri-qanuni miqrantın, eləcə də qonşu ölkələrlə ticarət kəsirinin aradan qaldırılmasına yönəlib. Tramp Avropa İttifaqından idxal edilən mallara da rüsum tətbiq edəcəyini və bunun "çox yaxında" baş verəcəyini deyib (bit.ly/bbcrussian). “Onlar bizim maşınlarımızı, kənd təsərrüfatı məhsullarımızı almırlar.  Onlar bizdən, demək olar ki, heç nə almırlar, amma biz onlardan hər...

Seçilmiş Videolar

Toplum TV loqo