Dünya

Gürcüstanın daha bir səfiri istefa verib

3 Dekabr, 2024
16

açıq mənbədən götürülüb

Gürcüstanın Çexiyadakı səfiri Teya Maisuradze istefa verib. “Mən Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verməyimlə bağlı ərizə yazdım. İyirmi ilə yaxın ölkəmin milli maraqlarına xidmət etmək, onun Avropa və Avro-Atlantik inteqrasiyasını təşviq etmək, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəf idi. Mən Gürcüstanın Avropa ilə birgə gələcəyinə sadiqəm!” – Maisuradze “X” platformasındakı hesabında belə yazıb. Daha əvvəl Gürcüstanın Bolqarıstan, Niderland, ABŞ, Litva və İtaliyadakı səfirləri vəzifələrindən istefa veriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstan Ombudsmanı DİN-i etirazçılara işgəncə verməkdə günahlandırdı

4 Dekabr 2024

EPA-EFE

Gürcüstan Ombudsmanı Levan İoseliani polisi aksiya iştirakçılarına işgəncə verməkdə günahlandırıb (https://t.me/NGnewsgeorgia/20661). “Beş günlük etiraz aksiyaları zamanı biz təcridxanalarda və xəstəxanalarda 201 nəfərə baş çəkdik. Onların əksəriyyəti üz, göz və baş nahiyəsindən ağır xəsarətlər alıb. Xəsarətlərin yeri, xarakteri və şiddəti polisin cəza məqsədi ilə vətəndaşlara qəsdən və şiddətli güc tətbiq etməsi barədə inandırıcı mənzərə yaradır”. Levan İoseliani Daxili İşlər Nazirliyinə müraciət edərək dərhal reaksiya verməsini tələb.
Dünya

Cənubi Koreyada hərbi vəziyyət ləğv olundu

4 Dekabr 2024

The New York Times

Cənubi Koreya prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edilməsinə dair fərmanını ləğv edib ("Azadlıq"radiosu). Deputatların səsverməsindən sonra gerçəkləşən ləğv qərarı prezidentin telemüraciəti zamanı yerli vaxtla saat 04:27-də açıqlanıb. "Yonhap" agentliyinin bilgisinə görə, qərar daha sonra hökumətin iclasında təsdiqlənib. Fərman 6 saat qüvvədə qalıb Cənubi Koreyada hərbi vəziyyət dekabrın 3-də yerli vaxtla saat 22:25-də elan edilmişdi. Altı saat qüvvədə olan fərmanda siyasi partiyaların fəaliyyəti, etirazlar, tətillər yasaqlanmış, mediada senzura başladılmış, eləcə də ölüm cəzası verə bilən hərbi-sahə məhkəmələri qurulmuşdu. Gecə saat 2 radələrində paytaxt Seulda prezidentin istefası və həbsi tələbi ilə etiraz aksiyaları başlanmışdı. Sıradan vətəndaşlar parlament binası önündə...

Seçilmiş Videolar

Toplum TV loqo