Dünya

Ukraynaya “Storm Shadow” raketlərindən istifadəyə də icazə verildi – “Bloomberg”

21 Noyabr, 2024
5

açıq mənbədən götürülüb

“Bloomberg” agentliyinin anonim mənbəyə istinadən verdiyi xəbərə görə, noyabrın 20-də Ukrayna  Rusiya ərazisindəki hədəfləri ilk dəfə Britaniyanın “Storm Shadow” raketlərilə vurub. Ehtimal olunur ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətindəki obyektlərini hədəf alıb (BBC). 

Ukrayna və Rusiya rəsmiləri xəbəri şərh etməyiblər.

“Storm Shadow” Böyük Britaniya və Fransanın birgə istehsalı olan uzaqmənzilli, havadan buraxılan qanadlı raketdir. Təxminən 250 kilometrlik uçuş məsafəsi var, möhkəmləndirilmiş hədəflərə dəqiq zərbə endirmək üçün nəzərdə tutulub. 

“The Times” qəzeti noyabrın 20-də yazıb ki, ABŞ Rusiyanın dərinliklərinə “Storm Shadow” raketlərilə zərbə endirilməsinə etirazını geri çəkib. Bu qərar ABŞ-ın Ukraynaya başqa uzaqmənzilli sistemlərdən, o cümlədən ATACMS raketlərindən istifadəyə icazə verməsilə üst-üstə düşür.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Rusiya Duması büdcəni təsdiqlədi: Putin və administrasiyasının xərcləri 25% artırılacaq

21 Noyabr 2024

Türküstan

Rusiya Dövlət Duması 2025-2027-ci illər üçün federal büdcəni təsdiqləyib. Müdafiə və təhlükəsizlik qüvvələrinə rekord məbləğdə xərc nəzərdə tutulub. Qanun layihəsinin mətnində qeyd olunub ki, 2025-ci ildə müdafiəyə 13,5 trilyon rubl (ÜDM-in 6,31%-ini) xərcləməyi planlaşdırılır. Bu xərc 2026-cı ildə 12,8 trilyon, 2027-ci ildə isə 13,1 trilyon olacaq (“Meduza”). “Bloomberg” agentliyi hələ sentyabr ayında yazmışdı ki, Rusiyanın gələnilki büdcəsinin güc strukturları blokunun xərcləri ümumi büdcə xərclərinin təxminən 40%-ni təşkil edəcək (https://t.me/meduzalive/113529). Bu, təhsilə, səhiyyəyə, sosial siyasətə və iqtisadiyyata ayrılan vəsaitin cəmindən çoxdur. Bundan başqa, 2025-ci ildə Putinə və onun administrasiyasının saxlanmasına ayrılan vəsait 25% (təxminən 31 milyard rub) artırılacaq.
Dünya

Avropa İttifaqı seçkidə saxtakarlıq iddiaları ilə bağlı Gürcüstana missiya göndərir

21 Noyabr 2024

ayna

Avropa Komissiyasının beynəlxalq məsələlər üzrə nümayəndəsi Piter Stano Azadlıq Radiosunun Gürcüstan bürosuna bildirib ki, Aİ-nin texniki missiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərini araşdırmaq üçün yaxın həftələrdə Gürcüstana gedəcək (https://www.radiotavisupleba.ge/a/33209665.html). "Artıq bu səfərə hazırlıq gedir. Yaxın günlərdə missiya haqqında daha ətraflı məlumat veriləcək" - Stano nəşrə göndərdiyi açıqlamada belə yazıb. Peter Stanonun sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının rəhbəri hesabatı Aİ-yə üzv dövlətlərə təqdim edəcək. Hesabatda “seçki pozuntuları ilə bağlı şikayətlərin necə araşdırıldığı” qiymətləndirilmiş olacaq.  

Seçilmiş Videolar

Toplum TV loqo