Amerikanınsəsi
Dünyanın 28 ölkəsinin 100 universitetindən 159 professor və müəllimdən ibarət koalisiya Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevə müraciət edib. Koalisiya Babayevi iqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılmasını müdafiə etməyə çağırıb. (Turan).
159 müəllim və professor tələb edir ki, İbadoğluna qarşı ittihamlar şəffaf araşdırılsın, tibbi xidmətə çıxışı yaxşılaşdırılsın və o qeyd-şərtsiz azadlığa buraxılsın.
Müraciət müəllifləri COP29-a ev sahibliyi edən Azərbaycanı iqtisadçının kritik səhhətinə, bundan başqa, onun korrupsiya ilə mübarizəyə və qalıq yanacaq sənayesində şəffaflığın təşviqinə verdiyi töhfələrə istinad edərək, təcili tədbirlər görülməsinə çağırırlar.
Hələlik Azərbaycan tərəf müraciətə münasibət bildirməyib.
Saxta pul hazırlamaqda və dini ekstremist materialları yaymaqda ittiham olunan iqtisadçı Qubad İbadoğlu ötən ilin avqustunda həbs edilib. O, ittihamları qəbul etmir.
Q.İbadoğlu haqqında həbs qətimkan tədbiri bu ilin aprelində dəyişdirilərək polis nəzarətinə verilmə ilə əvəz olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Amerikanınsəsi
Qafqazinfo
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?