ABŞ-ın Nümayəndələr Palatası Ukrayna üçün “Lend-Liz” proqramının dayandırılmasına səs verdi
açıq mənbədən götürülüb
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün “Lend-Liz” proqramının 2026-ci ilə qədər uzadılmasını dəstəkləməyib.
Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məlumat verib (https://www.facebook.com/100002003920755/posts/8855964307813612/?mibextid=WC7FNe&rdid=OV8pyWuMBSzjawIu).
Palata 281 nəfər lehinə, 140 nəfər əleyhinə olmaqla, milli müdafiə xərclərinin (NDAA) maliyyələşdirilməsi haqda qanun qəbul edib.
Senat tərəfindən təsdiqlənmiş NDAA layihəsində Ukraynada demokratiyanı müdafiəsinin müddətini uzatmaqla bağlı müddəa vardı, amma Nümayəndələr Palatasının təsdiq etdiyi mətndə belə bir müddəa yoxdur (https://t.me/bbcrussian/74095).
Markarova qeyd edib ki, ukraynalı diplomatlar Konqresin hər iki palatasının təsdiqlədiyi “Ukraynanın yanında ol” («Stand with Ukraine Act») adlı qanun layihəsində nəzərdə tutulmuş bu mexanizmi qorumaq üçün səylərini davam etdirəcəklər.
ABŞ prezidenti Co Bayden Ukraynayla bağlı “Lend-Liz” qanununu 9 may 2022-ci ildə, Rusiyanın bu ölkəyə genişmiqyaslı hücumu başlayandan iki ay yarım sonra imzalamışdı (https://www.govtrack.us/congress/bills/117/s3522/summary).
Bu qanuna görə, ABŞ prezidenti Ukraynaya və Rusiyanın bu ölkəyə hərbi təcavüzündən zərər çəkmiş digər Şərqi Avropa ölkələrinə müdafiə vasitələri tədarük etmək və ya icarəyə verməklə bağlı hökumətə tapşırıqlar verə bilər.
Qanunun qəbulu silah satışındakı bürokratik prosesi xeyli sadələşdirib - Amerika silahlarını Ukraynaya və digər Şərqi Avropa ölkələrinə icarəyə vermək imkanı yaradıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Visit Ukraine
Gürcüstanın müxalifət partiyaları bəyanat yaydılar: qeyri-legitim parlamentdə seçiləcək prezidenti tanımayacaqlar
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub