Dünya

Zelenski:  "Ukraynanın nüvə silahını  qaytarsınlar"

5 Fevral, 2025
16

sosial media

Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibə verib.

 Ukraynanın NATO-ya üzvlüyü məsələsinə toxunan Zelenski deyib ki, bu, illər və hətta onilliklər sonra baş verə bilər,  ona görə də ölkənin yardım paketlərinə və təhlükəsizlik zəmanətinə ehtiyacı var.

Ukrayna NATO-ya daxil olmazsa, nə baş verəcəyi, Rusiya prezidenti Vladimir Putinin nəyə nail olmağa çalışdığı barədə suala  cavabında Zelenski deyib ki, nüvə silahlarının Ukraynaya qaytarılması bu müharibəni dayandırmağın mümkün həll yollarından biridir.

“NATO-ya üzvlük bizdən asılı deyil.  Əgər bu proses bizim təqsirimizlə deyil, tərəfdaşlarımızın təqsirilə illər və ya onilliklər boyu davam edəcəksə, onda bizim tamamilə ədalətli bir sualımız var:  bütün bu müddət ərzində, bu yolda bizi bu şərdən nə qoruyacaq? Hansı dəstək paketini, hansı raketləri verəcəklər, yoxsa nüvə silahı verəcəklər?" 

"Onda qoy bizə nüvə silahı versinlər” deyə,  Zelenski əlavə edib.

Morqan müsahibənin bu hissəsini "X" sosial şəbəkəsində paylaşıb.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tramp ölkəsinin BMT-nin İnsan Hüquqları Şurasından çıxdığını deyib

5 Fevral 2025

NOCOMMENT

ABŞ prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasından çəkildiyini və BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə maliyyə dəstəyi ayırmayacağını bəyan edib. Prezident Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ evdə görüşdən əvvəl bununla bağlı müvafiq əmrlər imzalayıb. İsrail BMT İnsan Hüquqları Şurası (UNHRC) və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyini (UNRWA) İsrailə qarşı mənfi mövqedə və antisemitizmlə ittiham edir. Əmrdə bildirilir ki, ABŞ İkinci Dünya müharibəsindən sonra gələcək qlobal münaqişələrin qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyin təşviqi məqsədilə BMT-nin yaradılmasına kömək edib. Lakin bəzi BMT agentlikləri "bu missiyadan uzaqlaşaraq,...
Dünya

İlon Mask ABŞ hökumətini “ələ keçirir”

4 Fevral 2025

CNN

Donald Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan az sonra Vaşinqtonda İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti fəaliyyətə başladı. Bildirilirdi ki, bu, 18 ay ərzində Amerika hökumətinin səmərəliliyini artırmalı və müəyyən müddər sonra ləğv edilməli bir strukturdur. Qurumun qeyri-müəyyən, amma çox geniş səlahiyyətləri var və ABŞ-ın bir sıra federal agentliklərinin fəaliyyətini yoxlamaq bəhanəsilə departament artıq onlara nəzarəti ələ keçirməyə başlayıb.   DOGE nədir Noyabrın 13-də, prezident seçkilərində qalib gələndən bir həftə sonra Donald Tramp elan etdi ki, onun müttəfiqi və seçki kampaniyasının ən böyük donoru olmuş “Tesla” və “Space X” şirkətlərinin baş direktoru İlon Mask yeni struktura - Hökumətin...

Seçilmiş Videolar

Toplum TV loqo