Siyasət

Qəzaya uğrayan təyyarənin Rusiya raketi ilə vurulduğu iddia olunur

5 Fevral, 2025
237

AFP/Getty Images

Komissiya təyyarə qəzası haqda ilkin hesabatını açıqlasa da, bəzi suallar açıq qalır

Qazaxıstan Nəqliyyat Nazirliyi ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, araşdırma zamanı müxtəlif kənar elementlər aşkarlanaraq götürülüb və onların dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

Hesabatda təyyarənin füzelyajının arxa hissəsində, stabilizatorlarında, sol qanad və mühərrikdə, sükanda çox sayda dəlib keçən və kor zədələrin aşkarlandığı vurğulanır.

Füzelyajda aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşdığı qeyd olunur. Amma həmin “kənar obyektlər” haqda hesabatda heç bir məlumat verilmir. 

İlkin hesabata görə, qəzadan öncə hidravlik sistemlərin bir qismi sıradan çıxıb. Buna görə də təyyarəyə xarici obyektin daxil olduğu ehtimal edilir.

Hələlik rəsmi Bakı hesabatla bağlı mövqeyini açıqlamayıb. Amma eyni gündə “Reuters” Azərbaycan hökumətindəki mənbələrinə istinadən təyyarənin Rusiyanın “Pantsir-S” raketi ilə vurulması haqqında məlumat yayıb.

Mənbə xəbər agentliyinə bildirib ki, Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan Embaer-190 təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Buna görə, Azərbaycan Rusiyadan qəzaya görə günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında qəzanın bu ölkənin səmasında baş verməsinə görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılovun azadlığı tələbilə Avropanın müxtəlif şəhərlərində kampaniya keçirilib.  Kampaniyanın təşkilatçıları Azərbaycan səfirliyinin binası da daxil olmaqla ictimai məkanlara posterlər yapışdırıblar. Posterdə Jurnalistləri Müdafiə Komitəsinin saytında F.İsmayılov barədə məlumatın əks olunduğu səhifəyə aparan QR kod yerləşdirilib.  Təşkilatçıların sırasında jurnalist Ülviyyə Şahin, Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və digərləri var.  "Fərid gənc, qətiyyətli, cəsarətli və perspektivli jurnalistdir. Dövlət belə gəncləri potensiallarını reallaşdırmaları üçün dəstəkləməli, onları həbs etməməlidir. Bu repressiv siyasət nəticəsində Azərbaycan dünyada gəncliyi məhv edilən ölkə kimi tanınacaq. Əgər bu zülmü dayandıra bilmiriksə, o zaman hamının bundan xəbərdar olmasını təmin etməyə borcluyuq", - kampaniya...
Siyasət

4 erməni məhbus azad olundu: Digərlərini və “siyasi məhbus”ları nə gözləyir?

16 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Yanvarın 14-də Azərbaycanda həbs cəzası çəkən dörd erməni məhbus azad olunaraq Ermənistana qaytarıldı.  Azərbaycan ictimaiyyəti xəbəri Ermənistan baş naziri Nikol Paşinyandan öyrəndi və müharibə cinayətlərində təqsirli bilinmiş şəxslərin qaytarılması ilə bağlı rəsmi izahat verilmədi.  Növbəti gündən mətbuatda çıxış edən deputatlar isə burada “humanizm prinsipinin rəhbər tutulduğuna” diqqət çəkdilər.  “Biz artıq başqa bir müstəviyə keçir, dünyaya başqa nümunələri də göstəririk. Göstəririk ki, biz kişi kimi mübarizə apara bilirik”, - Milli Məclisin üzvü Səməd Seyidov “Pravda.az”a deyib.  Azərbaycanda soyqırımı və terrorizm də daxil olmaqla müxtəlif cinayət əməllərində təqsirləndirilərək həbsdə saxlanılan daha 19 erməni məhbus var. Onların sırasında keçmiş Dağlıq Qarabağ ərazisində mövcud...

Seçilmiş Videolar

Toplum TV loqo