Siyasət

Jurnalist Şəmşad Ağa “Meydan TV” işi ilə bağlı saxlanılıb

5 Fevral, 2025
593

VOA

Arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağa fevralın 5-i gecə saatlarında şübhəli şəxs qismində saxlanılıb. 

Vəkil Şəhla Hümbətova onun “Meydan TV işi” çərçivəsində saxlanıldığını bildirir. Jurnalistin Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilindiyi deyilir. 

Bundan öncə qardaşı Şahid Ağayev “Amerikanın Səsi”nə onun saxlanılması haqda məlumat vermişdi.

Onun sözlərinə görə, gecə saat 2 radələrində maskalı polis əməkdaşları evə gələrək axtarış aparıblar, Şəmşad Ağaya məxsus bəzi əşyaları götürüblər. 

“Gecə saat 2 radələrində müstəntiq və 7-8 maskalı polis əməkdaşı qapımızı döydü. Qapını açanda Şəmşadı gördüm. Polislər evimizə girdilər, hər yeri axtardılar. Şəmşadın köhnə telefonunu, mənim telefonumu, yaddaş kartlarını, bir neçə köhnə diski, komputeri, modemi, Şəmşada aid olan jurnalist vəsiqələrini götürdülər. Daha sonra protokol tərtib etdilər. Şəmşad yalnız dedi ki, onu tutublar. Hansı işlə bağlı tutduqları barədə bir söz demədi”, qardaşı söyləyib. 

Şəmşad Ağa bir neçə il öncə “Toplum TV”-də “Debat” verilişinin aparıcısı olub.

Ötən il iyulun 5-də jurnalist Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyub.

Ötən il dekabrın 6-da “Meydan TV işi” üzrə nəşrin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Aytac Tapdıq, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko  və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs ediliblər. Qaçaqmalçılıqda ittiham olunan jurnalistlər peşə fəaliyyətinə görə cəzalandırıldıqlarını bildirirlər. 

Son zamanlar ölkədə 20-dən çox jurnalist həbs edilib. Bunların əksəriyyəti “Abzas Media”, “Toplum TV” və “Meydan TV”-nin əməkdaşlarıdır. Onların hamısı rəsmi ittihamı rədd edir, hakimiyyəti tənqid etdiklərinə, korrupsiya araşdırmalarına görə həbsdə olduqlarını deyirlər. 

Azərbaycan hakimiyyətisə ölkədə söz, fikir azadlığı daxil bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını bildirir.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini istəyib 

18 Sentyabr 2025

Foto: Azərtac

Azərbaycanda həbsdə olan erməni iş adamı və Qarabağdakı sabiq separatçı rejimin dövlət naziri olmuş Ruben Vardanyan məhkəmədən Ermənistan baş naziri Nikol Paşinyanın dindirilməsini istəyib.  "Azərtac"ın xəbərinə görə, sentyabrın 16-da Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyan bu vəsatətlə çıxış edib.  İş adamı, həmçinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun üzvlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələrinin dindirilməsini də istəyib.  Minsk Qrupu sentyabrın 1-də ATƏT üzv dövlətlərinin səsverməsi ilə buraxılıb. BQXK-nın Azərbaycandakı nümayəndəliyi isə sentyabrın 3-də ölkədə fəaliyyətini dayandırıb.  Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin...
Siyasət

Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil 

18 Sentyabr 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Ermənistanla Albaniyanı səhv salmasından narahat olmadığını deyib.  O, mətbuat brifinqində jurnalistlərdən birinin bu barədə sualına cavab olaraq bunu bildirib.  "Ölkə liderləri də daxil olmaqla istənilən şəxs danışıqda səhvə yol verə bilir. Sonradan bu səhvi düzəldirlər. ABŞ prezidenti də sosial media paylaşımında bu səhvi düzəldib", - baş nazir qeyd edib.  Paşinyan əlavə edib ki, özü də hərdən adları səhv salır. O, bu yaxınlarda iki erməni boksçunun adlarını səhv salmasını nümunə gətirib.  Tramp bu yaxınlarda verdiyi iki müsahibədə Ermənistanın adını Albaniya ilə səhv salıb. O, Azərbaycanla Albaniyanın 30 ildən çox müharibə etdiyini və...

Seçilmiş Videolar

Toplum TV loqo