“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər Ali Məhkəməyə müraciət edib
sosial media
“Tərtər işi” ilə bağlı ittiham olunan dörd nəfər barələrindəki hökmdən kassasiya şikayəti veriblər.
İş icraata verilib. Hələlik məhkəmənin keçirilmə tarixi təyin edilməyib.
Hökmdən şikayət verən şəxslərdən Ruslan Mikayılov Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay, Sənan Maşıyev 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi onların hər birinin cəzasını 3 ay azaldıb.
Tərtərdəki xüsusi təyinatlı hərbi qrupun komandiri olmuş leytenant Ruslan Mikayılov və üç gizir – Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev 180 nəfərdən çox hərbçiyə işgəncə verməkdə, bir neçəsini döyə-döyə öldürməkdə təqsirli sayılıblar.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə yenidən istintaq başlayandan sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb.
İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib.
Onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
NPS
'Hürriyyət'in həbsdə olan baş redaktorunun ailəsi: “Səhhəti kritik vəziyyətə çatıb"
hurriyyet.az
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu