Dünya

Zelenski:  "Ukraynanın nüvə silahını  qaytarsınlar"

5 Fevral, 2025
112

sosial media

Ukrayna prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibə verib.

 Ukraynanın NATO-ya üzvlüyü məsələsinə toxunan Zelenski deyib ki, bu, illər və hətta onilliklər sonra baş verə bilər,  ona görə də ölkənin yardım paketlərinə və təhlükəsizlik zəmanətinə ehtiyacı var.

Ukrayna NATO-ya daxil olmazsa, nə baş verəcəyi, Rusiya prezidenti Vladimir Putinin nəyə nail olmağa çalışdığı barədə suala  cavabında Zelenski deyib ki, nüvə silahlarının Ukraynaya qaytarılması bu müharibəni dayandırmağın mümkün həll yollarından biridir.

“NATO-ya üzvlük bizdən asılı deyil.  Əgər bu proses bizim təqsirimizlə deyil, tərəfdaşlarımızın təqsirilə illər və ya onilliklər boyu davam edəcəksə, onda bizim tamamilə ədalətli bir sualımız var:  bütün bu müddət ərzində, bu yolda bizi bu şərdən nə qoruyacaq? Hansı dəstək paketini, hansı raketləri verəcəklər, yoxsa nüvə silahı verəcəklər?" 

"Onda qoy bizə nüvə silahı versinlər” deyə,  Zelenski əlavə edib.

Morqan müsahibənin bu hissəsini "X" sosial şəbəkəsində paylaşıb.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Çexiyada kommunizm təbliğatı cinayət hesab olunacaq

18 İyul 2025

Foto: AFP

Çexiya Prezidenti Petr Pavel iyulun 17-də kommunizm təbliğatını cinayət kimi tanıyan qanunu imzalayıb.  Qanun “insan hüquq və azadlıqlarını açıq şəkildə boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi ədavəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaratmaq, dəstəkləmək və ya təbliğ etmək” halları üçün beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Qanunun Çexiyada kommunizm ideyaları ilə çıxış edən siyasi partiyalara necə şamil edəcəyi hələ ki aydın deyil.  Çexiyada fəaliyyət göstərən Bohemia və Moravia Kommunist Partiyası qanunu qınayıb, onu “rejimin tənqidçilərini qorxutmaq üçün növbəti uğursuz cəhd” adlandırıb.  Partiya parlamentdə yer almasa da, sorğulara əsasən xalq arasında 5%-ə qədər...
Dünya

Pakistanda daşqınlarda ölən 170-dən çox insanın yarısı uşaqlardır

18 İyul 2025

Foto: Getty Images

Pakistanın şərqində iyunun 26-dan bəri davam edən daşqınlarda ölənlərin ən az yarısı uşaqlardır.  Pakistanın Fəlakətlərin İdarə Olunması qurumunun açıqlamasına görə, daşqınlar başlayandan bəri Pəncab vilayətində ən az 170 nəfər ölüb və bunların 85-i azyaşlılardır.  Ölənlərdən 54-ü son bir gün ərzində ölüb.  Vilayətin bir neçə rayonunda fövqəladə vəziyyət elan edilib və artan sel sularına qarşı mübarizə aparmaq üçün Ravalpindi şəhərinə ordu yeridilib.  Pakistanın Meteorologiya Departamentinin məlumatına görə, güclü yağışlar Ravalpindi və yaxınlıqdakı paytaxt İslamabada yağmağa davam edir və iyulun 17-də bir neçə ərazidə yağıntının miqdarı 100 millimetrdən çox olub. İyulun 18-də də güclü yağışların davam edəcəyi gözlənilir. Pakistan geoloji quruluşu səbəbilə...

Seçilmiş Videolar

Toplum TV loqo