Amerikanın səsi
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş jurnalist Natiq Cavadlı ilə görüşüb.
Vəkil “Turan”- a bildirib ki, jurnalistin həbsindən sonra onunla bağlı istintaq hərəkətləri aparılmayıb.
“İş üzrə ümumi hərəkətlər var. Eyni zamanda, N.Cavadlı istintaq materiallarını imzalamaqdan imtina edir, çünki əvvəldən qaçaqmalçılıq ittihamlarını əsassız sayaraq ifadə verməkdən imtina edib”, vəkil söyləyib.
Bu iş üzrə onunla yanaşı baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Aysel Umudova və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov saxlanılıb. Onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. Onlar ittihamı rədd edir və siyasi sifariş əsasında həbsdə olduqlarını bildirirlər. Azərbaycan hakimiyyəti ölkədə siyasi mövqeyinə görə heç kimin təqib və ya təzyiqə məruz qalmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Amerikanın səsi
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək