Bakıda həbs edilən rusiyalı hakim polis nəzarətinə verilməklə azadlığa buraxılıb
sosial media
Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
Vəkili Şəhla Hümbətovanın məlumatına görə, məhkəmə bu barədə fevralın 4-də qərar çıxarıb (“Turan”).
Y.Xaxaleva yanvarın 28-də Dubaya getmək istəyərkən Bakı hava limanında saxlanılıb. Keçmiş hakim Rusiya hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, Rusiyaya könüllü qayıtmaqdan imtina edərək ona qarşı təqibin siyasi motivli olduğunu bildirib. Xaxaleva əvvəlcə Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub. Xaxaleva 2021-ci ilin dekabrında Rusiyanı tərk edib və onun barəsində beynəlxalq axtarış elan edilib. Rusiya məhkəməsi 2022-ci ildə onun həbsinə qiyabi order verib. Xaxalevanın ekstradisiyası ilə bağlı Rusiyanın rəsmi tələbinin olub-olmadığı hələlik məlum deyil.
Rusiyada Yelena Xaxaleva dələduzluqda, vəzifə saxtakarlığında ittiham olunub. Onun barəsində cinayət işi 2021-ci ildə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tələbilə qaldırılıb.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən Turan-a bildirilib ki, Xaxalevanın həbsilə bağlı apellyasiya şikayətinə baxılıb: “Məhkəmə onun həbsi barədə qərarı ləğv edib, Bakının Xəzər Rayon Prokurorluğu isə onun polisin nəzarətinə verilməsi qətimkan tədbirini seçib. Bundan əlavə, Yelena Xaxalevanın ekstradisiyası ilə bağlı Rusiya Federasiyası Baş Prokurorluğunun təqdim etdiyi sənədlərə Azərbaycan Baş Prokurorluğunda baxılır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub
Foto: Leonie Asendorpf
Foto: sosial media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?