Amerikanın səsi
Bu gün, fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası keçirilib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib. Bununla yanaşı hakim E.İbrahimovun vəkillərin yanında oturması barədə vəsatəti təmin edilib. Prosesdə E.İbrahimov prosesdə çıxış edib: “O dedi ki, bu, məhkəmə deyil, ona görə də hər hansı münasibət bildirmir. Məhkəmə onunla bağlı hər hansı məsələni həll etməkdə legitim deyil”.
Emin İbrahimov 2024-cü il iyulun 22-də sağlamlığa ciddi ziyan vurmaq və xuliqanlıq ittihamı ilə saxlanılıb.
O, əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi, 2016-2020-ci illərdə Uruqvayda müvəqqəti işlər vəkili olub. Sonradan hökumətin siyasətilə razılaşmadığını bildirərək diplomatik xidmətdən istefa verib .
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Bakıda həbs edilən rusiyalı hakim polis nəzarətinə verilməklə azadlığa buraxılıb
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək