AP
ABŞ Prezidenti Donald Tramp Qətərdə 1,2 trilyon dollar dəyərində olduğu bildirilən razılaşmalar imzalayıb.
Ağ Evin məlumatına görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə imzalanan razılaşmalar ABŞ və Qətər arasında 1,2 trilyon dollarlıq iqtisadi mübadilə yaradacaq.
Bu anlaşmalardan birinə görə, Qətər ABŞ şirkəti olan “Boeing”dən 96 milyard dollar dəyərində 210 təyyarə alacaq.
Digər razılaşmalara Qətərin “Raytheon” kimi ABŞ müdafiə sənayesi şirkətlərindən pilotsuz uçan aparat və başqa texnologiyaların alınması, həmçinin ABŞ-ın enerji sektoruna yatırımlar daxildir.
Tramp Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanından sonra iki günlük Qətərə gedib. O, Qətərə rəsmi səfər edən ilk ABŞ Prezidenti kimi tarixə düşüb.
Trampın avtomobil karvanını paytaxt Dohada dəvələr, atlar və qırmızı “Cybertruck”lar müşayiət edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
açıq mənbədən götürülüb