Reuters
Ukrayna və Rusiyadan olan nümayəndə heyətləri danışıqlar aparmaq üçün Türkiyəyə geliblər, lakin onların görüşüb-görüşməyəcəyi hələ də bəlli deyil.
Ankarada olan Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata deyib ki, o, rusiyalı həmkarı Vladimir Putindən başqa Rusiyanı təmsil edən heç kimlə görüşməyəcək.
Putin isə Türkiyəyə getməyib.
Zelenski həm də deyib ki, nümayəndə heyətlərinin görüşüb-görüşməyəcəyinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra qərar verəcəklər.
O, Rusiyadam gələn nümayəndə heyətini “saxta” adlandırıb.
“Müşahidəmizə görə, bu nümayəndə heyəti teatral təəssürat bağışlayır. Prezident Ərdoğanla söhbətdən sonra növbəti addımlarımıza qərar verəcəyik. Əhəmiyyətli müzakirə və çox vacib qərarlar üçün bir neçə saatımız olacaq. Rusiya nümayəndə heyətinin səviyyəsini, onların hansı səlahiyyətlə gəldiklərini və ümumiyyətlə qərar vermək səlahiyyətlərinin olub-olmadığını anlamaq vacibdir – çünki hamımız bilirik ki, Rusiyada qərarları əslində kim verir”, - Zelenski bildirib.
Rusiya nümayəndə heyətinə Putinin müşaviri Vladimir Medinski başçılıq edir. Ukraynadan isə xarici işlər naziri Andri Subihanın başçılıq etdiyi heyət gəlib.
Baş tutacağı halda, bu, müharibə edən iki ölkə arasında 2022-ci ilin yazından bəri ilk birbaşa danışıqlar olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
AP
açıq mənbədən götürülüb