Siyasət

Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”

5 May, 2025
256

Toplum TV

Bu məqalə “Abzas Media” və “Toplum TV”nin birgə araşdırması olmaqla “Abzas Media”nın bu mövzuda əvvəlki araşdırmasına bəzi dəqiqləşdirmələr və əlavələrlə daha sistemli bir baxış təqdim edir.

Bakı İstintaq Təcridxanasının fəaliyyətini 7 bölməyə ayıra bilərik:

1.             Təqsirləndirilən şəxslərin yerləşdiyi koorpuslar.

2.             İşçi məhkumlar

3.             Qadağan olunmuş əşyaları yoxlama bölməsi

4.             Tibb xidməti

5.             "Karser"-karantin

6.             İstintaq və vəkillərlə görüş bölməsi

7.             Ailələrlə görüş bölməsi

Əvvəli illərlə son bir neçə ayı müqayisə etdikdə Bakı İstintaq Təcridxanasında rüşvət almanın miqyası azalıb,lakin hələ də qeyd etdiyimiz 7 bölmənin hər birində bu və ya digər dərəcədə təqsirləndirilən şəxslərdən rüşvət alınır. Obyektivlik naminə bu məqaləyə rüşvətin hansı sahələrdə azaldığını qeyd etməklə başlamaq istəyirik.

1. Təqsirləndirilən şəxslərin karantində 2 həftə qalmamaları üçün onlardan yüz manatlarla ölçülən məbləğlərdə ödəniş tələb olunurdu, daha tələb olunmur.

2. Yaxşı təmirli, geniş kameralarda qalmaq üçün təqsirləndirilən şəxslərdən aylıq yüz manatlarla ölçülən məbləğlərdə ödəniş icarə haqqı kimi tələb olunurdu, artıq tələb olunmur.

3. Təqsirləndirilən şəxslər arasında “burju” adlandırılan bəzi maddi vəziyyəti yaxşı olan şəxrlərin tibb məntəqəsindəki açıq şəaraitdə, kondisionerli, şəxsi ev telefonunun olduğu otaqlarda yaşamaları və təcridxananın həyətində sərbəst gəzinti imkanı qazanmaları üçün onlardan aylıq 1000 AZN ətrafında razılaşdırılan ödənişlər tələb olunurdu, daha tələb olunmur.

4. Cəzaçəkmə müəssisələrinin mərkəzi xəstəxanasına göndəriş yazılması üçün tələb olunan 1500 AZN ödəniş aradan qaldırılıb. 

5. Köşkdəki şişirdilmiş qiymətlərin həcmi azaldılıb.

6. 200 AZN-ə ailələrlə açıq görüşün satılması dayandırılıb.

7. Təsqsirləndirilən şəxslərin öz ailələri ilə görüşdə götürdükləri istənilən məbləğin 10%-nin “rüsum” kimi alınması ləğv edilib.

8. Gündəlik telefon danışığından istifadə üçün aylıq 150-250 AZN-lik “abunəlik”lərin formatı dəyişdirilib.

Elə bu sonuncu məsələdən keçək rüşvətin hansı formalarda qaldığına. 

Əvvəllər aylıq abunəlik olan telefon danışığı indi 15 dəqiqəsi 5 AZN “tarif”inə keçirilib.

Bu rüşvətlər birbaşa təcridxana rəhbərliyinə yox, korpuslarda gündəlik işləri görən Penitensiar Xidmət İşçilərinə çatır.

Bu həmin işçiləri razı salmaq üçün təcridxana rəhbərliyinin onların öhdəsinə buraxdığı əlavə gəlir mənbəyidir.

Korpuslar üzrə gündəlik minimum 50 AZN olan bu gəlirlərin bölüşdürülməsi sxemi belədir:

40%-i korpus üzrə rejimə nəzarət rəisinin, 20%-i korpusun baş nəzarətçisinin, 20%-i problemlər şöbəsinin həmin gün üçün növbətçisinin, 20%-i həmin günki köməkçi nəzarətçinin.

Bununla yanaşı korpus üzrə “rekmə” nəzarət rəisləri Yeni İl, Novruz  Bayramı, Qurban Bayramı, Ədliyyə işçilərinin peşə bayramları kimi bayramlardan əvvəl özünü təmin edə bilən kameralarda bir neçə yüz manat tələb edirlər. 

Həmçinin korpusda telefon danışığına, həkimlərə və köşkə ən çox pul xərcləyən təqsirləndirilən şəxslərdən ailə görüşündən qayıtdıqda rejimə nəzarət üzrə korpus rəisləri onlardan 50-100 AZN tələb edirlər.

Hal-hazırda təcridxana rəhbərliyinin əsas gəlir mənbəyi isə girişdə ikinci bənddə qeyd etdiyimiz işçi məhkumlardır (bundan əlavə yağ, şəkər tozu, yumurta və digər məhsulları özünü təmin edə bilən kameralara paylamamaqla mənimsəmək, bir neçə milyoner təqsirləndirilən şəxslərin xüsusi istəklərini təmin etmək kimi daha xırda gəlir mənbələri də var). 

İşçi məhkumlər sərt rejim qaydaları ilə yaşamaq istəmədikləri üçün istintaq təcridxanasında qalaraq təqsirləndirilən şəxslərlə bərabər dərzi, aşpaz, elektrik və s. kimi xidmət edən rəsmi müqaviləli işçilərdir.

Onların da iki kateqoriyası var: real iş görənlər və formal formal olaraq işçi kimi qeydiyyatda olanlar.

İkinci kateqoriyadakılar xidmət edənlər üçün nəzərdə tutulmuş binanın ikinci mərtəbəsində yaşayırlar və günlərini onlar üçün ayrılan açıq sahədə oyunlar oynamaq, gəzmək və idmanla məşğul olmaqla keçirirlər. 

Formal işçi qeydiyyatına düşmək üçün 2000-3000 AZN ödəniş edirlər və sonra 400 AZN olan aylıq əməkhaqqılarını ailələri hər ay kartlarından çıxarıb gətirib təcridxana rəhbərliyinə verirlər

Ümumi sayları 200-dən bir az artıq olan xidmət işçilərinin yarısına yaxını formal işçilərdir və onların iş yükü də real xidmət işçilərinin, həmçinin korpuslardakı LGBT+ fərdlərin öhdəsinə qoyulur. 

LGBT+ fərdlər bu işləri görməkdən imtina etdikdə təcridxana işçiləri tərəfindən təpiklərlə döyülürlər. 

Bu şəxslərə formal işçilərin əvəzinə zibilləri toplamaq, korpusları silib təmizləmək kimi işlər tapşırılır. 

Bu işlər və ərzaq, yemək paylanması kimi ağır sayılan digər gəlirsiz işlərdən bərbər, santexnik, arabaçı, korpuslara xidmət (Köşk və ya soyuduculardan kameralara məhsulları gətirən işçi) kimi gəlirli işə keçmək istəyən işçi məhkumlardan bunun üçün müxtəlif məbləğlərdə birdəfəlik ödəniş tələb olunur. 

Gəlirli işlərdə işləyən işçi məhkumlardan əlavə olaraq aylıq 300-700 AZN arası qoyulan planı dolduraraq rəhbərliyə ödəmələri tələb olunur. Bu məhkumlara 50-100 AZN qarşılığında ailələri ilə açıq görüşlər də verilir. 

Yəni rəhbərlik əvvəlki rüşvət sistemini yalnız onlardan asılıığı olan, güvəndikləri, gizliliyi qoruyacağına inandıqları şəxslərlə davam etdirir. 

Rüşvət almanın miqyasını azaltma tələbinə tabe olmamış, pul hərisliyinin kəskin şəkildə davam etdiyi bölmə girişdə qeyd etdiyimiz üçüncü bölmədir: Qadağan olunmuş əşyaların yoxlanışı ilə məşğul olanlar. 

Bu bölmə məhkəmələrə cəza çəkmə müəssisələrinə və mərkəzi xəstəxanaya gedənlərin və oralardan gələnlərin üzərlərini yoxlayır, həmçinin təqsirləndirilən şəxslərin qaldıqları kameralara mütəmadi yoxlanış üçün baş çəkirlər.

Cəzaçəkmə müəssisələrinə və xəstəxanaya gedənlərin səliqə ilə yığılmış çantalarını yoxlanış üçün açıb dağıtmamağa görə 10 AZN alırlar. Məhkəməyə gedənlərin məhkəmə saatından asılı olaraq səhər və günorta növbələri var.

Günorta növbəsi olanlar səhər tezdən çağırılır ki, öz kameralarına qayıdıb günortaya kimi narahat yerdə gözləmək üçün 10 AZN versinlər.

Səhər növbəsində olanların özlərindən də saat 8-dən soyuq və basırıq yerdə 2-3 saat gözləməmələri üçün 10 AZN tələb olunur.

Onları məhkəməyə aparan maşın gələndə gözlədilmədən birbaşa kameradan götürülərək maşına mindirilir.

Bu bölmənin kameralara yoxlanış üçün gələn işçiləri isə kameranın şəraitindən asılı olaraq 5-20 AZN həftəlik ödəniş alıb kameranı yoxlamadan çıxırlar.

Bəzən isə heç kameraya girmədən nəfəslikdən pulu götürərək gedirlər. Bununla yanaşı, bu bölmə yoxlanışlarda təqsirləndirilən şəxslərdən idman çantalarını qadağan olunmuş əşya kimi götürür və 50 AZN-ə satırlar. 

Ailələrdən gələn bağlamaların içində idman çantası tərzində olan çantaların buraxılmasını qadağa ediblər. 

Əslində təcridxananın bu bölməsində son aylarda çoxsaylı kadr dəyişiklikləri olub, lakin yeni gələnlər də bu sistem daxilində illər boyu rüşvəti internalizasiya etmiş şəxslər olduğu üçün vərdişlərini dəyişə bilmirlər. Tibb məntəqələrindəki vəziyyət də acınacaqlıdır.

Buradakı həkimlər ən yaxşı halda təklif etdikləri müalicənin parçası olan dərmanları o dərmanların qiymətindən xəbərsiz olan xəstələrə 50% daha baha qiymətə satırlar.

Yaxud da kameradan çıxıb açıq yerdə hava dəyişmək üçün bəhanə yaradan bəzi təqsirləndirilən şəxslərlə razılaşaraq onları səbəbsiz yerə tez-tez həkim qəbulu adı ilə çağırırlar və hər dəfə çağırdıqda onlardan bunun əvəzində 10-20 AZN alırlar.

Ən pis halda isə buradakı bəzi həkimlər təqdirləndirilən şəxslərə araq əvəzi istifadə etmələri üçün spirt və bəzi psixotrop dərmanları satırlar. Bunu yalnız bir ildən artıq müddətdir təcridxanada olan və aralarında inam münasibətləri formalaşmış təqsirləndirilən şəxslər üçün edirlər.

Karantində olan şəxslərdən pul almaq üçün oradakı şəraitdən bəhanə kimi istifadə olunur. “Yetim-yesir üçün çay-qənd alacağam“ deyərək üzərində olan pul olan təqsirləndirilən şəxslərdən pulları götürürlər. Və onlar da karantində olanların qaldığı şəraitin, vəziyyətlərinin necə pis olduqlarını gördükləri üçün bu bəhanəyə etiaz etmək imkanları qalmır. Karantindən korpuslara getmiş orta və yuxarı maddi təminatlı şəxslərdən də “karantine Tefal almaq” adı ilə xəbər göndərilərək pul istənilir.  

Bu beş bölmədəki soyğunçu Pentensiar Xidmət işçilərindən ən çox Bakı İstintaq Təcridxanasına yeni gələnlər zərər görürlər. Məsələn Gəncə çəzaçəkmə müəssiəsindən məhkəmə şikayəti üçün bir həftəlik Bakı İstintaq Təcridxanasına gətirilmiş bir məhkum özü ilə gətirdiyi bütün pulu itirəcək. Qısa müddətlik gələn şəxslər kameralara bölgüləri həyata keçirilənə qədər 1-2 saat karantində gözləyirlər.

Bundan istifadə edən karantin rütbəliləri “stola bir 50-lik qoy, səni korpusa göndərim” deyirlər. Əgər o şəxs buna aldansa, karantindən korpusa məlumat gəlir ki, filan şəxsdən pul qopara bilərsiniz. Beləcə korpus rejim rəsiləri də o şəxslərdən hər fürsət də pul tələb edir.

Bu şəxs bütün pulunu yad insanlarla kamerada qoymayıb, özü ilə məhkəməyə aparmaq istəyir, amma yoxlanış bölməsi işçisi buna icazə olmadığını deyərən ondan pulu götürüb, “axşam məhkmədən qayıdanda geri götürərsən” deyir. Axşam isə “ növbə dəyişiklikiyi” baş verdiyi üçün həmin işçi tapılmır.

Son iki bölmə olan ailələrlər görüş və istintaq-vəkillərlə görüş bölmələrində vəziyyət digər bölmələrlə müqayisədə yaxşıdır.

Buralarda da təqsirləndirilən şəxslərdən pul alınır, amma burada pul verən və verməyən təqsirləndirilən şəxslərə münasibətdə və onlara göstərilən xidmətin keyfiyyətində fərq qoyulmur. Bu bölmələrdə digərlərindən fərqli olaraq verilən pul imtiyaz qazanmaq üçün vasitə deyil.

Belə ki nüfuzlu vəkillər onlarla hələ müqavilə bağlamamış təqsirləndirilən şəxslərlə həmin şəxslərin qohumlarının xahişi ilə işin detallarını öyrənmək üçün görüşmək istədikdə bunu istintaq bölməsinin  Pentensiar Xidmətinin işçilərindən xahiş edirlər və  bu vəkil orderi olmadan baş tutan görüşlərdən sonra həmin vəkil işçilərdən birinə 10 və ya 20 manat təşəkkür ifadəsi kimi verirsə bunu qəbul edirlər.

Eyni şəkildə azyaşlı övladı və ya xəstə valideyni olan bir təqsirləndirilən şəxs Elnur İsmayilovdan bir dəfə  açıq görüşə girmək üçün xahiş edirsə və bu xahişi qəbul edirsə, o şəxs açıq görüşdə ailəsindən götürdüyü puldan yenə 10 və ya 20 manatı ailələrlə görüş bölməsindəki əməkdaşlara verirsə, onu qəbul edirlər.

Təqsirləndiirlən şəxsləri korpuslardan həm vəkillərlə, həm də ailələrlə görüş binalarına aparan əməkdaşlara da bir çox təqsirləndirilən şəxs 5 manat verir. Yuxarıda da qeyd etdiyimiz kimi bu 2 bölmədə digərlərindən fərqli olaraq məcburetmə və ödənişli xidmət satışı yoxdur.

Pentensiar Xidmət əməkdaşlarının əmək haqlarının aşağı olduğunu bilən təqsirləndirilən şəxslər bu bölmələrdə pul verməklə bağlı Kürdəxanı ənənəsini könüllü şəkildə davam etdirirlər. Sonda belə bir sual qoyaq: Elnur İsmayilov həqiqətən özünün dediyi kimi “insan adam”, “dustağın qardaşı”dırmı, əvvəllər məhkum olunmuş və başqa cəzaçəkmə müəssisələrini görmüş bəzi şəxslərin dediyi kimi insaflıdırmı?

Fikrimizcə o, sadəcə idarəetmədə onillər boyu təcrübə qazandığı üçün rəy yaratmağın və göz tarazlığını qorumağın əhəmiyyətini çox yaxşı bilən bu sahədə məharətli bir şəxsdir. Məhkumların xeyrinə etdiyi şeylərdə də gizli məqsəd rəy və görüntü yaratmaqdır.

Əgər belə olmasaydı Pentinsiar Xidmətə yeni rəis təyinatı, yeni ədliyyə naziri təyinatı və təcridxanaya salınan media ( və vətəndaş cəmiyyəti) nümayəndələrinin yaratdığı təzyiqə qədər heç bir sərhədi olmayan, hər sahəyə sirayət etmiş bir korrupsiya və rüşvət maşını yaratmazdı.

O maşın daxilində pul vermişlərin yataq sayı az olan, geniş komfortlu kameralarda qaldığı şəraitdə yüzlərlə təqsirləndirilən şəxslər ona qonşu kameralarda yerdə  yatırdı. Hamının ehtiyac duya biləcəyi köşkdə əlçatmaz qiymətlər var idi. Elnur İsmayılov məhz bu rüşvət çarxını mümkün həddə davam etdirə bilmık üçün açıq siyasi mövqe tutur.

Toxunulmazlıq qazanmaq üçün Toplum TV işi üzrə saxlanılarların hamsına hədə-qorxu gələrək “Akif (Qurbanov) məhkəmədə prezident haqqında danışanda onun ağzından vurun, qoymayın danışsın. Mən prezidentin əsgəriyəm, imkan verməyəcəm Akif elə çıxışlar etsin” demişdi. "Abzas Media işi" üzrə saxlanılanlara qarşı bütün təzyiqləri onların bir-birini görməməsi üçün etdiyi canfəşanlıq da Elnur İsmayılovun bu strategiyasının bir parçasıdır.

Elnur Ismayılovun sağ qolu olan özünü “bərk adamdöyən” kimi təqdim edən, təqsirləndirilən şəxslər arasında isə təkəbbürlü bir insan kimi tanınan gənc müavin Cavid Güləliyevin dediyi kimi “Bəs dustağa bu yaxşılıqları niyə edirik? Sabah qabağına qoymaq üçün”. Yeri gəlmişkən, Elnur İsmayılovun sol qolu olan digər müavin Ceyhun Həsənov də təqsirləndirilən şəsxlərə fiziki zorakılığı bu sözlərə müdafiə edir: “Döyülməli adamları döyürük. Onlar döyülməsələr qudurğanlıqdan başqa məhkumların başına çıxacaqlar”. Əgər bunun əksi olsaydı, Elnur İsmayılov səmimi niyyətdən, humanist mövqedən çıxış etsəydi Penitensiar xidmətə yeni rəis təyinatı…

Qeyd: Bu məqalədə qeyd olunan əməlləri törətmiş Penitensiar Xidmət əməkdaşlarının adlarının sadalanmamasının səbəbi Elnur İsmayılovun onları cəzalandıraraq məsuliyyəti öz üzərindən atmasına şərait yaratmamaqdır.

Bakı İstintaq Təcridxanasında yeni rəhbərlik olsa və biz də o rəhbərlərinin rüşvətlə səmimi mübarizə apardığı qənaəti hasil olsa, həmin siyahını o rəhbərliklə bölüşə bilərik.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Nigar Həzi: “Tofiq Yaqublu son günlərini yaşayır”

4 May 2025

sosial media

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasının 34-cü günündədir.  Yaqublunun qızı Nigar Həzi mayın 4-də “Facebook” səhifəsində xəbər verib ki, az əvvəl onunla görüşüblər. N.Həzi bildirib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər və onun ölümü an məsələsidir. “Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq….”, - Nigar Yaqublu yazıb. Ailəsi təcili...
Siyasət

Jurnalist Nurlan Libre ağzını tikərək aclığa başlayır

3 May 2025

sosial media

Həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Qəhrəmanlı (Libre) 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayacağını bildirib.  Nurlan Librenin “Facebook” səhifəsində paylaşılan müraciətdə bildirilir ki, o bunu “siyasi məzmunlu həbslərə etiraz etmək” və həbsdə olan siyasətçi  Tofiq Yaqubluya həmrəylik məqsədilə edəcək.  O, ağzını tikməsini isə “simvolik akt” adlandırır və bununla  dövlətə onu özündən başqa heç kimin susdura bilməyəcəyi mesajını verdiyini deyir.  N.Libre əlavə edib ki, aksiyanı tək həyata keçirmir və həbsdə olan digər jurnalist, “Kanal11” xəbər kanalının direktoru Teymur Kərimov da ona qoşulub. O qeyd edib ki, buna görə Kərimov təcridxanada...

Seçilmiş Videolar

Toplum TV loqo