Siyasət

Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib

3 May, 2025
1308

Toplum TV

Norveçin “Narvesen” şirkətinin təsis etdiyi “The Forbidden Times” qəzetində Toplum TV-yə məqalə həsr olunub. 

Qəzetin 3 may nömrəsi Dünya Mətbuat Azadlığı Günü münasibətilə, Nobel Sülh Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. 

Toplum TV-yə həsr edilən məqalənin başlığı isə belədir: “Avtoritar ölkədə mətbuat azadlığı adına qeyd ediləcək çox şey yoxdur.” 

Toplum TV-nin anonim jurnalistləri tərəfindən hazırlanan məqalədə media qurumu, onun üzləşdiyi repressiyalar haqqında məlumat verilir. 

“Ənənəvi media resurslarının sərt hökumət nəzarətində olduğu Azərbaycanda müstəqil jurnalistika ilə məşğul olmaq həyati təhlükəsi olan peşədir. 3 may dünyada mətbuat azadlığı qeyd olunan vaxt, Azərbaycanda jurnalistlərin hökuməti tənqid etdiyi üçün ödədiyi dözülməz bədəl unudulmamalıdır. Ofisi qapadılan, xeyli jurnalisti həbsə atılan, ölkədən çıxışına stop qoyulan və ya mühacirətə gedən Toplum TV-nin keysi bu mövzuda simvolikdir”, - məqalədə deyilir. 

Məlumat verilir ki, Azərbaycan hakimiyyətinin 2023-cü ildən bəri intensivləşən həbsləri nəticəsində hazırda təxminən 25 müstəqil jurnalist barmaqlıqlar arxasındadır və onlardan 8-i “Toplum TV” işi çərçivəsində həbs olunub. 

Məqalədə xatırladılır ki, ötən ilin martın 6-da Toplum TV-nin Bakıda yerləşən ofisinə polis reydi keçirilib və ofisdə olan hər kəs saxlanılıb. Onların bir qismi sonradan azad olunsa da, 8 nəfər barəsində qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. İlin sonunda isə ittihamlar ağırlaşdırılıb, cinayət işinə vergidən yayınma, qanunsuz sahibkarlıq kimi yeni ittihamlar əlavə olunub. 

“Prezident İlham Əliyevin hökuməti - artıq iki onillikdən çoxdur ki, saxtalaşdırılmış seçkilər sayəsində hakimiyyətdə olan bu rejim - onları mütəmadi olaraq “dövlət düşməni” adlandırır və “anti-Azərbaycan qüvvələrinin əlaltıları” kimi təqdim edir. Hökumətin niyyəti açıqdır: tənqidçiləri susdurmaq, digər cəsarətli jurnalistlərə qorxu siqnalı göndərmək, yeni jurnalistlərin bu peşəyə gəlməsini çəkindirərək media nümayəndələri arasında senzuranı daha da artırmaq.”

Məqalədə xəbər verilir ki, “Toplum TV” işinin istintaqı bu yaxınlarda başa çatıb və apreldə ilk məhkəmə iclasları baş tutub. Bu iclaslarda vəkillərin təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmaları haqda verdiyi vəsatətlər təmin olunmayıb. Onlardan xüsusilə də “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli və siyasi fəal Ruslan İzzətlinin sağlamlıqlarındakı problemlər nəzərə alınaraq təcridxanadan buraxılmaları istənilirdi. 

Məmmədlinin məhkəmədə boğazında onkoloji şiş olduğunu qeyd etməsi xatırladılıb və onun çıxışından sitat verilib: “Bu, mənim yaşamaq hüququmla bağlıdır. İş artıq başa çatıb. Önümüzə cəfəngiyyatla dolu bir qalaq kağız qoyublar. Mənim azadlıqda ola-ola məhkəməyə gəlməyimə nə mane ola bilər?”

Məqalədə oxucuların diqqətinə çatdırılır ki, Toplum TV 2016-cı ildə yerli qeyri-hökumət təşkilatı olan Demokratik Təşəbbüslər İnstitutunun nəzdində bir layihə olaraq yaradılıb, daha sonra müstəqil media qurumu kimi fəaliyyətini davam etdirib. 

“Peşəkar jurnalistikanın prinsipləri ilə yola çıxan bu media qurumunun əsas məqsədi ölkədə və dünyada baş verən hadisələr haqqında vətəndaşları məlumatlandırmaqdır. Bu müddət ərzində minlərlə material dərc edərək, Azərbaycandakı hadisələr barədə oxucular üçün qərəzsiz və obyektiv informasiya mənbəyinə çevrilmişdir”, - yazıda bildirilir. 

“Toplumun müstəqilliyi və bitərəf mövqeyi, bütün səslərə söz haqqı verməsi hökumətin qəzəbinə və hücumlarına səbəb oldu. Hökumət ölkədəki bütün müstəqil səsləri susdurmağa çalışır”, - daha sonra qeyd olunur. 

Məqalənin sonunda vurğulanır ki, Toplum TV ölkə xaricində yaşayan jurnalistlərinin sayəsində fəaliyyətini davam etdirir. 

“Kiçik bir komanda olaraq, insanlara xəbər çatdırmaq üçün əlimizdən gələni edirik. Toplum TV əməkdaşlarının həbs olunması, təkcə tənqidi jurnalistikaya və haqqın müdafiəsinə görə Azərbaycan hakimiyyətinin qisas addımı deyil, həm də korrupsiya faktlarını, insan hüquqları pozuntularını və ədalətsizlikləri ifşa etməyə çalışan digərlərini qorxutmaq məqsədi daşıyır. Bunlar Azərbaycanda davamlı olaraq, sənədlərlə sübut olunmuş problemlərdir. Bütün bu təzyiqlərə və təqiblərə baxmayaraq, biz susmayacağıq”, - Toplum TV əməkdaşları bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qırğız şirkəti Azərbaycanı yarımçıq ödənişə görə məhkəməyə verib

13 Dekabr 2025

Foto: president.az

Qırğızıstanın "Meadi" tikinti şirkəti Azərbaycan Xarici İşlər Nazirliyini (XİN) məhkəməyə verib. "Azadlıq Radiosu"nun xəbərinə görə, buna səbəb Azərbaycanın sifarişi ilə Bişkekdə Heydər Əliyev adına məktəb və Qırğızıstan-Azərbaycan Dostluq Parkını inşa edən şirkətin ödənişini tam ala bilməməsi olub.  Şirkət məhkəməyə iddia ərizəsində Azərbaycanın bu ölkədəki səfirliyi ilə 2019-cu ildə məktəb və park inşası üçün müqavilə bağladığını göstərib. Şirkət təmsilçiləri iddia edir ki, Azərbaycan tərəfinin şirkətə 3 milyon 29 min 257 dollar borcu qalıb.  Müqavilədə isə ümumi layihə üçün 8 milyon 62 min dollar vəsait ayrılması nəzərdə tutulub. Maliyyələşmə Azərbaycan XİN-in Beynəlxalq İnkişafa Yardım İdarəsinə həvalə edilib.  2022-ci il oktyabrın 11-də Azərbaycan...
Siyasət

Hesabat: "Aİ Azərbaycanla dəyərlərə deyil, maraqlara əsaslanan münasibətə keçdi"

9 Dekabr 2025

Foto: açıq mənbə

"Azərbaycanda Repressiyaya Son Kampaniyası" Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təqiblər fonunda Avropa İttifaqının (Aİ) son illərdə bu ölkə ilə münasibətləri haqda hesabat dərc edib.  Dekabrın 9-da dərc olunan hesabatda bildirilir ki, Aİ Azərbaycanla "dəyərlərə əsaslanan münasibətdən maraqlara əsaslanan münasibətə" keçid edib.  Hesabat müəllifləri qeyd edir ki, yeni münasibətlərdə enerji və geosiyasi maraqlara insan hüquqlarından daha çox əhəmiyyət verilir.  “Eyni zamanda, Azərbaycan möhkəmlənmiş avtoritar sistemi daha da gücləndirib, siyasi məhbusların sayı rekord həddə çatıb və müstəqil media demək olar ki, tamamilə məhv edilib. Azərbaycanın əsas ixrac bazarı və ən böyük investoru olmasına baxmayaraq, Aİ öz təsir imkanlarından istifadə etmir. Yüksək səviyyədə siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo