Siyasət

Trampın elçisi: Azərbaycan və Ermənistan “İbrahim Sazişlərinə” qoşula bilər

14 May, 2025
54

Reuters

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff deyib ki, Azərbaycan və Ermənistan yaxın vaxtlarda “İbrahim Sazişləri”nə “qoşula bilər.

Stiv Vitkoff bunu mayın 13-də “Breitbart” saytına müsahibəsində deyib. 

“Məncə hər ikisi “İbrahim Sazişləri”nə qoşulmağa hazır ola bilər. Bu, Prezident Tramp üçün böyük bir təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülhü və sabitliyi təşviq edir”, - Ağ Evin nümayəndəsi bildirib. 

Vitkoff həm də qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarındakı münaqişənin həllində son razılaşmaya “çox yaxındırlar”. 

“İbrahim Sazişləri” kimi tanınan sülh razılaşmaları 2020-ci ildə Trampın birinci prezidentliyi dövründə onun vasitəçiliyi ilə İsraillə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında bağlanıb.

Sazişin adı sülh və ortaq dini miras rəmzi kimi İbrahimi dinlərə (yəhudilik, xristianlıq, islam) istinadla seçilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub

13 May 2025

Toplum TV

Böyük Britaniya hökuməti Rusiya neftini daşıyan 100 tankerə, habelə bu ölkənin enerji sektorunda çalışmış bir neçə şirkət və şəxsə sanksiyalar qoyub. Hökumətin saytında verilən məlumatdan görünür ki, sanksiyalar tətbiq olunan 5 nəfərin hamısı azərbaycanlıdır. Məlumata əsasən, onlar Rusiya hökuməti üçün “strateji əhəmiyyət kəsb edən enerji sektorunda bizneslə məşğul olmaqla Rusiya hökumətindən fayda əldə etmiş və ya ona dəstək olmuş” şəxslərdir.  Sözügedən şəxslər Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərovdur.  Onlar Dubayda yerləşən və Rusiya neftinin satışı və ixracı ilə məşğul olan neft ticarəti şirkəti “2Rivers”in idarəçiliyində təmsil olunurlar. “Financial Times” nəşri yazır ki, bu şirkət 2010-cu...
Siyasət

UNICEF-in Azərbaycandakı fəaliyyəti dayandırılır

13 May 2025

UNİCEF

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı fəaliyyəti növbəti aylarda mərhələli şəkildə dayandırılacaq.  Bu barədə “Report.az”a UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur xəbər verib.  O bildirib ki, bundan sonra UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək.  Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib. Hökumət BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin...

Seçilmiş Videolar

Toplum TV loqo