Məhkəmə

Hacı Vəliyev: “Həkim dedi ki, cəhənnəmə ki qazisən” 

14 May, 2025
27

sosial media

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev mayın 8-də 3 günlük cərimə təcridxanasına (karser) salınıb. 

İctimai birlikdən deyilib ki, Vəliyev bunu mayın 14-də Xətai rayon Məhkəməsində keçirilən proses zamanı bildirib. 

O qeyd edib ki, buna müayinə zamanı həkimlə arasında yaşanan mübahisə səbəb olub. “Vəliyevin “qaziyəm, yaralarım ağrıyır” sözlərinə cavab olaraq həkim “cəhənnəmə ki, qazisən” deyib”, - məlamatda vurğulanır.

Birlik sədri, həmçinin bildirib ki, onun pensiya və prezident təqaüdü kartları bloklanıb. 

Vəliyev məhkəmədə çıxışında əlavə edib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub. 

Məhkəmə onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. 

Bundan əvvəl Vəliyevin göz ağrılarından şikayət etdiyi, gözünün irinlədiyi haqqında ictimai birlik məlumat yaymışdı. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həyatını itirənlərin ailələrinin, qazilərin, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hacı Vəliyev həbsdə qaldı

14 May 2025

sosial media

"Gənc Qazilər" Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Bu barədə mayın 14-də onun vəkili Aqil Layıc məlumat yayıb. Vəkil bildirib ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə müraciət təmin edilməyib. “Camaatın yaşadığı yerdə evini başına uçuran “Melisa Qrup”un rəhbərini ev dustaqlığına buraxıblar, amma Hacı Vəliyevi ev dustaqlığına buraxmadılar. Biri camaatın  evini başına uçurur, digəri isə ərazi bütövlüyü uğrunda sağıamlığını itirib, iki gözündən olub. Camaatın gözünü çıxaranlara azadlıq, camaat üçün gözünü fəda edənlərə isə həbs seçən məhkəmələrimiz var”, - vəkil Aqil Layıc yazıb. Müdafiə tərəfi bu vəsatətin verilməsini H.Vəliyevin səhhətindəki problemlərlə izah etmişdi.  Qərardan apellyasiya şikayəti veriləcək. Mayın...
Məhkəmə

Məhəmməd Kekalov: “Təzyiq altında qarşıma qoyulan sənədləri imzalamışam”

14 May 2025

sosial media

Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi baş tutub. Hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesdə iş üzrə bütün sənədlər elan olunmuş hesab olunub. Təqsirləndirilən şəxslərdən jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamovanın vəkilləri digər təqsirləndirilən şəxs, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalova suallar ünvanlayıblar. Onlar Kekalovdan jurnalistlərin qaçaqmalçılıqla əldə olunan vəsaitləri ölkə daxilində leqallaşdırdığı haqda ifadə verib-vermədiyini soruşublar.  Kekalov cavabında bildirib ki, istintaqa belə bir ifadə verməyib və sadəcə təzyiq altında önünə qoyulan sənədləri imzalayıb.  Məhkəmə mayın 16-a təxirə salınıb. “Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc...

Seçilmiş Videolar

Toplum TV loqo