AP
İranın Ali lideri Seyid Əli Xamenei ABŞ-la Omanda aparılan danışıqların hələ ki, yaxşı getdiyini bildirib.
O, bu barədə aprelin 15-də hökumət üzvləri ilə görüşündə deyib. Danışıqlarla bağlı İran tərəfinin nə optimist, nə də pessimist olduğunu qeyd edən Xamenei bildirib ki, bundan sonrakı addımlar “diqqətlə atılmalıdır”.
“Qırmızı xətlər aydındır. Həm qarşı tərəf üçün, həm də bizim üçün”, - o əlavə edib.
Xamenei, həmçinin rəsmiləri bütün ölkənin taleyini danışıqlarla əlaqələndirməməyi məsləhət görüb və qeyd edib ki, danışıqlar Xarici İşlər Nazirliyinin məsul olduğu işlərdən sadəcə biridir.
Aprelin 12-də Omanda görüşən ABŞ və İran nümayəndələri danışıqların “pozitiv” və “konstruktiv” keçdiyini bildirib və bu həftə yenidən görüşməyi planlaşdırıb.
İtaliya hökumətinin adı çəkilməyən üzvünün “Associated Press”ə bildirdiyinə görə, danışıqlar şənbə günü Romada baş tuta bilər. İran tərəfi isə görüşün yenidən Omanda keçirilməsində israr edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Yurii Stefanyak