Reuters
Ukrayna prezidenti Vololdimir Zelenski mətbuat konfransı keçirib və ABŞ prezidenti Donald Trampın Ukraynada sülh müqaviləsinin imzalanmasından əvvəl seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı bəyanatlarına cavab verib.
Bir gün əvvəl Tramp müharibəyə və ərazisinin bir hissəsinin işğalına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsinin tərəfdarı olduğunu deyərək, Zelenskinin ukraynalılar arasında dəstəyinin “dörd faizə düşdüyünü” iddia etmişdi
Ekspertlər Trampın açıqlamalarını Kremlin Ukraynanın başında daha mülayim və daha çox rusiyayönlü namizədin olmasını istəməsi ilə əlaqələndiriblər. Zelenskinin qeyri-legitimliyi barədə xəbərlər son aylarda Kreml tərəfindən yayılıb.
Zelenski Trampın sözlərinə belə cavab verib: "Bu gün mənə inam 57% təşkil edir. Əgər kimsə indi məni əvəzləmək istəsə, bu, alınmayacaq”. O , Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğuya istinadla qeyd edib ki , ona görə ukraynalıların 57%-i ona inanır, 37%-i isə inanmır.
O, 4%-lik reytinqi ilə bağlı sözləri “dezinformasiya” adlandırıb.
“Bir halda ki, "dörd faiz"dən danışırıq - bu dezinformasiyanı gördük, onun Rusiyadan gəldiyini başa düşürük və bu rəqəmlərin Amerika ilə Rusiya arasında müzakirə edildiyinə dair sübutlarımız var. Təəssüf ki, Prezident Tramp bu dezinformasiya məkanında yaşayır", - Zelenski vurğulayıb.
Ukrayna prezidentinin fikrincə, ukraynalılar üçün bir nömrəli məsələ hökumətin reytinqləri deyil, özlərini hücumdan necə qorumaqdır. Ukrayna Prezidentinin adını çəkdiyi ikinci mühüm məsələ Rusiya tərəfindən əsir götürülən məhbusların geri qaytarılmasıdır.
Onun sözlərinə görə, bir gün əvvəl Səudiyyə Ərəbistanındakı görüşdə nədənsə bu məsələləri qaldırılmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Getty Images
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”