The New York Times: Rus generallar nüvə silahından istifadəni müzakirə edib
Açıq mənbələrdən götürülüb
Rusiya hərbi rəhbərliyi oktyabr ayında Moskvanın Ukraynada taktiki nüvə silahından necə və harada istifadə edə biləcəyini müzakirə etmək üçün görüşlər keçirib.
Bu barədə “The New York Times” ABŞ rəsmiləri arasındakı “çoxsaylı” mənbələrinə istinadən xəbər verir. İlk dəfədir ki, media belə görüşlərin keçirilməsindən xəbər tutur.
NYT-nin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu müzakirələrdə iştirak etməyib. Lakin bu görüş faktının özü Ağ Evdə təşviş yaradıb, çünki bu, Putinin nüvə silahının mümkün istifadəsi ilə bağlı bəyanatlarının “sözdən çox ola biləcəyini” göstərir.
https://toplum.tv/dunya/rusiyada-seferberlikden-yayinanlara-5-ile-qeder-hebs-cezasi-verile-biler
Eyni zamanda, qəzet vurğulayır ki, hazırda Vaşinqtonda Rusiyanın zərbə üçün birbaşa texniki hazırlıqlara başladığına dair heç bir sübut yoxdur.
Nəşr Rusiya Müdafiə Nazirliyindən şərh tələb etməyib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev noyabrın 1-də bildirib ki, Kiyev Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş ərazilərini güc yolu ilə qaytarmağa cəhd etsə, bu, nüvə zərbəsi üçün birbaşa səbəb olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib
Luca Faz
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”