Dünya

Putin: “Ukraynanın hücumları Rusiyada yanacaq çatışmazlığına səbəb olub”

29 iyun, 2026
129

AFP

Rusiya prezidenti Vladimir Putin Ukraynanın ölkəsinin neft emalı zavodlarına hücumlarının "problemlər yaratdığını" etiraf edib. 

O, bunu iyunun 28-də Rusiya dövlət televiziyasına müsahibəsində deyib. 

Putin hücumlardan sonra Rusiyada "müəyyən səviyyədə yanacaq çatışmazlığının olduğunu" deyib, lakin əlavə edib ki, bu, "kritik həddə deyil".

"Hücumların problemlər yaratdığı şübhəsizdir. Lakin bir neçə günlük yanacaq ehtiyatları var. Quru və dəniz üzərindən yanacaq çatdırılması da artacaq. Zərər görmüş bütün enerji obyektləri kifayət qədər tez bərpa olunur və hər şey böyük təhlükəsizlik ehtiyatı ilə işləyir", - o bildirib. 

"Bu, təkcə yanacaq böhranı yaratmaq cəhdi deyil, həm də bizi heç olmasa qısa müddətə qoşunlarımızın irəliləyişini dayandırmağa məcbur etmək və rəqibimiz üçün əlverişli şərtlərlə danışıqlara başlamaq üçün şərait yaratmaq məqsədi daşıyır. Lakin bu baş verməyəcək", – Putin əlavə edib. 

İyunun əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukraynanın sərhəddən uzaqda yerləşən Rusiya ərazilərinə hücumları intensivləşdirməsi sülh danışıqlarını təşviq etmək məqsədi daşıyır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Rubinyan: “Ermənistan Konstitusiya ilə bağlı Azərbaycanın yanaşmasını qəbul etmir”

17 noyabr 2026

sosial media

Ermənistan sülh sazişinin imzalanmasını yeni Konstitusiyanın qəbulu ilə şərtləndirən Azərbaycanın yanaşmasını qəbul etmir. “Armenpress”in məlumatına görə, bunu Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə açıqlamasında deyib. O, konstitusiya dəyişiklikləri ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması arasındakı əlaqədən danışıb. “Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz sülh sazişini elə bu gün imzalamağa hazırıq”, - Rubinyan deyib. Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü Ermənistanın daxili gündəliyindən irəli gəlir. Bununla yanaşı, o, sənədin qəbulunun xarici siyasət baxımından nəticələr doğura biləcəyini istisna etməyib. Rubinyan müxalifətin Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanın sülh sazişini imzalayıb-imzalamayacağı və...
Dünya

İran Xameneinin öldürülməsinə görə 159 ABŞ və İsrail vətəndaşını ittiham edir

17 noyabr 2026

sosial media

İranın keçmiş ali rəhbəri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işi üzrə 159 nəfər barəsində ittiham aktı hazırlanıb. Onlardan 92-si ABŞ, 67-si isə İsrail vətəndaşıdır. İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu ölkənin Məhkəmə-Hüquq Sisteminin sözçüsü Seyid Əli Kazemi açıqlayıb. Kazemi bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırmalar və hüquqi prosedurlar başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində ittiham aktı tərtib olunaraq iş baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib. Onun sözlərinə görə, məhkəmə araşdırması təkcə Əli Xameneinin deyil, ailə üzvlərinin öldürülməsi ilə bağlı epizodları da əhatə edir. Sözçü qeyd edib ki, iş çərçivəsində Xameneinin gəlini Zəhra Həddad Adilin, qızı Seyid...

Seçilmiş Videolar

Toplum TV loqo