İqtisadiyyat

Azərbaycan ipoteka bazarında regionun ən geridə qalan ölkəsidir

5 Avqust, 2025
451

Foto: açıq mənbə

Cənubi Qafqaz ölkələrində ipoteka kreditləşməsi sahəsində ciddi fərqlər müşahidə olunur.

Əhalinin mənzil təminatında ipoteka kreditlərinin rolu böyük olsa da, bu sahədəki inkişaf ölkələr üzrə fərqlidir.

Bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin mərkəzi bankının məlumatlarına əsasən xəbər verib. 

O bildirib ki, Gürcüstan bu sahədə regionda lider mövqeyini qoruyub saxlayır. 

“2025-ci ilin ilk yarısında ölkədə ipoteka kreditlərinin həcmi 4,3 milyard dollardan 4,6 milyard dollara yüksələrək 4,7% artım göstərib. Bu artım tempi Gürcüstanın ipoteka kreditləşməsində aparıcı rolunu bir daha təsdiqləyir”, - Əliyev yazıb.

İqtisadçının sözlərinə görə, Azərbaycan və Ermənistanda isə ipoteka portfeli eyni səviyyədə – 4,4% artım nümayiş etdirib. Lakin kredit portfelinin ümumi həcmi baxımından fərq nəzərəçarpacaqdır. Azərbaycan banklarının ipoteka kreditləri portfeli 2,6 milyard dollara çatdığı halda, Ermənistanda bu rəqəm 4 milyard dollara yüksəlib.

İyun ayının sonuna olan göstəricilərə əsasən, ipoteka kreditlərinin bankların ümumi kredit portfelindəki payı Gürcüstanda 18,8%, Ermənistanda 21,8%, Azərbaycanda isə 15,6% təşkil edib.

İqtisadçı əlavə edib ki, ən diqqətçəkən məqamlardan biri isə adambaşına düşən ipoteka kreditlərinin həcmi ilə bağlıdır: “Gürcüstanda bu rəqəm 1240 dollar, Ermənistanda 1289 dollar olduğu halda, Azərbaycanda cəmi 255 dollardır. Bu isə o deməkdir ki, əhalisinin sayı digər iki ölkədən təxminən üç dəfə çox olan Azərbaycanda adambaşına ipoteka kreditləri 5 dəfə azdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Dünya Bankı: “Azərbaycanda qanunlar qadınların işləməyinə imkan versə də, onların effektiv icrası üçün mexanizmlər tam formalaşmayıb”

4 Mart 2026

Foto: açıq mənbə

Dünya Bankı ölkələrdə qadınların iqtisadi hüquqlarını və fəallığını qiymətləndirən “Qadınlar, Biznes və Hüquq” hesabatını dərc edib.  Hesabatda Azərbaycan 100 ballıq şkalada qadınların iqtisadi hüquqlarını təmin edən qanunvericilik üzrə 72,18 bal toplayıb. Qanunların tətbiqi üzrə qiymətləndirmədə isə Azərbaycana 59,12 bal verilib.  Hesabatda bildirilib ki, Azərbaycanda qanunlar qadınların iqtisadi fəaliyyətinə imkan versə də, onların effektiv icrası üçün institusional və sosial mexanizmlər tam formalaşmayıb. 190 ölkəni əhatə edən hesabatda qlobal miqyasda da qanunvericiliklə hüquqların tətbiqi arasında fərqin qalmaqda davam etdiyi qeyd olunub.  Dünya Bankının hesabatı qadınların iqtisadi imkanlarını 10 sahə üzrə qiymətləndirir. Bunlara təhlükəsizlik, əmək fəaliyyəti, əməkhaqqı, sahibkarlıq, nikah, valideynlik, uşaq baxımı, aktivlər...
İqtisadiyyat

Azərbaycanda siqaret istehsalı 38% artıb, tütün istehsalı 67% azalıb

23 Fevral 2026

Foto: açıq mənbə

2026-cı ilin yanvar ayında Azərbaycanda 1 milyard 194 milyon ədəd siqaret istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 38,1% çoxdur.  Bununla belə, ötən ay 49,9 ton tütün istehsal edilib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 66,8 faiz azdır.  2025-ci ildə Azərbaycana, ümumilikdə, 5 milyon 642 min ABŞ dolları dəyərində 225 milyon ədəd siqaret idxal edilib.  Eyni dövrdə Azərbaycandan 11 ölkəyə 46 milyon 635 min ABŞ dolları dəyərində 2 milyard 959 milyon ədəd siqaret isə ixrac olunub.

Seçilmiş Videolar

Toplum TV loqo