İqtisadiyyat

Azərbaycan neft ucuzlaşdığı üçün pul itirir

10 Aprel, 2025
52

açıq mənbədən götürülüb

Londonun ICE birjasının ticarət məlumatlarına əsasən, "Brent" markalı neftin qiyməti 7.4 faiz düşərək bir barel üçün 64.74 dollar olub.

Sonuncu dəfə neft 65 dollardan aşağı 2021-ci ilin avqustunda satılmışdı.

Azərbaycanın dövlət büdcəsində 2025-ci il üçün neftin bir bareli 70 dollar səviyyəsində nəzərdə tutulub.

İqtisadçı Aydın Allahverdi bunu barədə “YeniAvaz”a belə şərh edib:

"Hazırda Azərbaycan nefti büdcədə nəzərdə tutulan qiymətdən 6 dollar ucuz satılır. Bu o deməkdir ki, Azərbaycan hər gün təxminən 5 milyon dollar itirir. Bu ilin yanvar ayında Azərbaycan 25 milyon bareldən çox neft ixrac edib. Günlük neft ixracı orta hesabla 830 min barel təşkil edir”, o deyib

Digər bir iqtisadçı Zöhrab İsmayılın fikrincə, iyun ayında Azərbaycan hökuməti büdcəyə yenidən baxıb ya xərcləri azaltmalı, ya da Neft Fondundan transfertləri artırmalı olacaq.

İqtisadçı deyir ki, neftin qiymətinin düşməsi Azərbaycan kimi ölkələrə çox ağır zərbələr vura bilər.

Qiymət enişinin əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

•        ABŞ-da neft ehtiyatlarının gözləniləndən daha çox artması: ABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) görə, ölkənin neft ehtiyatları ötən həftə 3.6 milyon barel artaraq 433.8 milyon barelə çatıb. Bu, analitiklərin gözlədiyi 341,000 barel artımdan qat-qat çoxdur.

•        OPEC+ ölkələrinin hasilatı artırmaq qərarı: Təşkilat apreldən etibarən gündəlik hasilatı 138,000 barel artırmağa qərar verib.

•        ABŞ-ın Kanada, Çin və Meksikaya tariflər tətbiq etməsi: Tramp administrasiyasının Çin, Kanada və Meksikadan idxala tariflər tətbiq etməsi iqtisadi artım tempinin azalacağı ilə bağlı narahatlıq yaradıb ki, bu da neftə tələbi aşağı sala bilər.

Azərbaycanda bundan əvvəl 2015-ci ildə dalbadal iki devalvasiya baş verib. Nəticədə manat iki dəfədən çox dəyər itirib. Onda neftin bareli bir müddət hətta 50 dollardan da aşağı düşmüşdü.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanda inflyasiyanın 6%-ə çatması “hökumət üçün həyəcan təbilidir”

11 Aprel 2025

açıq mənbədən götürülüb

Azərbaycanda 2025-ci ilin mart ayı üzrə inflyasiya 5.9%-ə çatıb.  Fevralda isə illik inflyasiya 5.5 faiz səviyyəsində idi. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Məlumata görə, 2024-cü ilin mart ayı ilə müqayisədə, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 6.5 faiz, qeyri-qida məhsullarında 2.8 faiz, ödənişli xidmətlərdə isə 7.5 faiz artım müşahidə olunub.  Mərkəzi Bank ötən ilin mayından bəri pul kredit siyasətində inflyasiya hədəfini dəyişməyib.  İnflyasiya faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi 8.25%, uçot faiz dərəcəsi isə 7.25% müəyyən edilib.  İqtisadçılar sürətlənən inflyasiyanı ötən il benzin və dizelin və bu ilin yanvarından elektrik enerjisi və qazın qiymətinin artırılması ilə...
İqtisadiyyat

Trampın tarifləri dünya iqtisadiyyatına necə təsir edir?

9 Aprel 2025

Euronews.com

ABŞ Prezidenti Donald Trampın aprelin 2-də elan etdiyi yüksək səviyyəli tariflər bu gündən qüvvəyə minir. Amma onlar hətta qüvvəyə minməmişdən dünya iqtisadiyyatına təsir etməyə başlayıblar.  Yüksək səviyyəli tariflərə Çin məhsullarına qoyulan 104, Kambodiya məhsullarına 49, Vietnam məhsullarına isə 46 faizlik tariflər daxildir.  Avropa İttifaqı ölkələrindən idxal olunan məhsullara isə 20 faizlik tarif tətbiq olunacaq.  Əksər ölkələrə isə minimum 10 faizlik tariflər tətbiq olunub və aprelin 5-dən qüvvəyə minib.  Tarif tətbiq edilən ölkələr siyahısında Antraktika yaxınlığında yerləşən və pinqvinlərin məskunlaşdığı Herd və Mkdonald adalarının da olması gülüşə səbəb olub.  Sosial media istifadəçiləri sarkazmla pinqvinlərin amerikalı vergi ödəyicilərini soyduğunu, onların qarşısını almaq...

Seçilmiş Videolar

Toplum TV loqo