İqtisadiyyat

Azərbaycanda büdcə gəlirləri 344 milyon manat azalıb

12 fevral, 2026
234

Foto: açıq mənbə

Maliyyə Nazirliyi 2026-cı ilin ilk ayı üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı məlumatları açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 344 milyon manat və ya 8,5 faiz azalıb. Belə ki, 2026-cı ilin yanvarında dövlət büdcəsinin ümumi daxilolmaları 3,707 milyard manat təşkil edib, halbuki 2025-ci ilin yanvarında bu göstərici 4,051 milyard manat idi.

Dövlət Gömrük Komitəsinin ödənişləri 487 milyon manat səviyyəsində qalıb və əvvəlki illə müqayisədə dəyişməyib. Dövlət Vergi Xidmətinin büdcəyə topladığı vəsait isə 2,050 milyard manat olub ki, bu da ötən ilin eyni ayına nisbətən 210 milyon manat və ya 10 faiz azdır.

Dövlət Neft Fondunun büdcəyə transfertləri 1,070 milyard manat təşkil edib. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 137 milyon manat və ya 11 faiz azdır.

Dövlət büdcəsinin xərclərində daha böyük azalma müşahidə olunub. Əgər 2025-ci ilin yanvarında xərclər 2,440 milyard manat idisə, 2026-cı ilin ilk ayında bu rəqəm 1,438 milyard manata enib. Bu isə təxminən 1 milyard manat və ya 40 faiz azalma deməkdir.

Dövlət büdcəsi ilə yanaşı, icmal büdcənin gəlirlərində də ciddi azalma qeydə alınıb. 2025-ci ilin yanvarında icmal büdcənin gəlirləri 6,025 milyard manat olduğu halda, 2026-cı ilin eyni ayında bu göstərici 4,412 milyard manata düşüb. Beləliklə, azalma 1,6 milyard manat və ya 27 faiz təşkil edib. Bu kəskin geriləmə əsasən Neft Fondunun gəlirlərinin azalması ilə izah olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycanda fermerlər üçün tam vergi güzəştləri 2027-dən ləğv oluna bilər

9 noyabr 2026

sosial media

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının ləğvi təklif olunur. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib. Təkliflər qəbul olunarsa, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarına gəlir və mənfəət vergisi üzrə 5 il müddətinə 90 faizlik güzəşt tətbiq ediləcək. Bu halda fermerlərin vergiyə cəlb olunan gəlirinin və ya mənfəətinin 10 faizi ümumi qaydada vergiyə cəlb olunacaq. Güzəştdən yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan və gəlirini və ya mənfəətini vergi bəyannaməsində göstərən...
İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...

Seçilmiş Videolar

Toplum TV loqo